. Love.az

Seher Iqlimi - Wikipedia - Love.az

Ana Səhifə - Seher Iqlimi

Şəhər iqlimi — şəhərin təbii mühitinin tikinti, sənaye, nəqliyyat, şəhər əhalisinin təsiri nəticəsində dəyişərək formalaşan iqlim. İri şəhərlərdə temperaturun yüksək olması (şəhərətrafı əraziyə nisbətən 3-5 dərəcə yüksək); yay mövsümündə buxarlanmanın, nisbi rütubətin az olması; konveksiyanın yüksəlməsi nəticəsində leysan yağışlarının tez-tez və çox olması; günəş işıqlanması saatının azalması; dumanın çox olması və havanın sənaye və şəhər tozları, karbon qazı, kükürd, azot, qurğuşun, benzopirin və s. ilə yüksək dərəcədə çirklənməsi ilə səciyyələnir. Şəhər daxilində müxtəlif mikroiqlim tipləri yaranır. Şəhər iqlimi spesifik fauna və floranın əmələ gəlməsinə səbəb olur.[1]

Həmçinin bax

redaktə
  • Şəhər
  • İqlim

İstinadlar

redaktə
  1. ↑ Məmmədov Q.Ş., Xəlilov M.Y., Ensiklopedik ekoloji lügət. Bakı-Elm-2008
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şəhər_iqlimi&oldid=7961519"
LOVE.AZ