Şəhər və itlər (isp.:La ciudad y los perros, 1962) - Peru yazıçısı və Nobel mükafatı laureatı Mario Varqas Lyosanın 1963-cü ildə yazdığı roman. Bu, Varqas Lyosanın ilk romanı idi və hekayəsi onun yeniyetmə ikən qatıldığı Limadakı Leonsio Prado Hərbi Akademiyasının kursantları arasında keçir. Roman məktəbi o qədər dəhşətli şəkildə təsvir edir ki, onun rəhbərliyi bir çox nüsxələri yandırmış və kitabı Peruya qarşı Ekvador təbliğatı olaraq qınamışdır.[1]
Şəhər və itlər | |
---|---|
La ciudad y los perros | |
![]() | |
Müəllif | Mario Varqas Lyosa |
Orijinalın dili | ispan dili |
Ölkə | |
Orijinalın nəşr ili | 1963 |
Sonrakı | Yaşıl ev (1966) |
1962-ci ildə ən yaxşı nəşr olunmamış roman üzrə Premio Biblioteca Breve mükafatını [1] və 1963-cü il Premio de la Crítica Española Mükafatını qazanmışdır.[2]
Roman Varqas Lyosanın 1950-ci illərin əvvəllərində yeniyetmə ikən iştirak etdiyi Leoncio Prado Hərbi Akademiyasında öz təcrübələrinə əsaslanır. O, Fransada yaşayarkən romanın əlyazması üzərində işləmiş və 1962-ci ildə ilk romanı kimi nəşr edilmişdir.[2]
Roman Peru rejissoru Fransisko Lombardi tərəfindən 1985-ci ildə çəkilmiş La ciudad y los perros adlı filmə uyğunlaşdırılmışdır.