. Love.az

Sehergah Yasayis Yeri - Wikipedia - Love.az

Ana Səhifə - Sehergah Yasayis Yeri
Bu adın digər istifadə formaları üçün bax: Şəhərgah (dəqiqləşdirmə).

Şəhərgah yaşayış yeri — Kürdəmir rayonu Ərəbqubalı və bir qismi Sabirabad rayonu Zəngənə kəndləri ərazisində yerləşən arxeoloji abidə.

Şəhərgah yaşayış yeri
Şəhərgah yaşayış yerinin qalıqları. Zəngənə kəndi, Sabirabad rayonu
Şəhərgah yaşayış yerinin qalıqları. Zəngənə kəndi, Sabirabad rayonu
Ölkə  Azərbaycan
Rayon Kürdəmir və Sabirabad rayonları
Yerləşir Ərəbqubalı və Zəngənə kəndləri
Aidiyyatı orta əsrlər
Üslubu arxeoloji abidə
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
KateqoriyaArxeoloji abidə
ƏhəmiyyətiYerli əhəmiyyətli

Ümumi məlumat

redaktə

Şəhərgah abidəsi Bakı-Kürdəmir şose yolundan 14 kilometr cənubda, Kür çayından 20 kilometr şimalda, Girdiman çayının Kürə töküldüyü ərazidən təqribən 8-10 kilometr şərqdə düzənlik ərazidə yerləşir. Arxeoloji abidəsində son dəfə 2009-cu ildə AMEA-nın Arxieologiya institutunun əməkdaşı, professor Qafar Cəbiyevin rəhbərliyi ilə arxeoloqlar qrupu tədqiqat işləri aparmışdır.[1] Abidə IX –XI əsrlərdə mövcud olmuş qədim Şirvan şəhərinin qalıqları olduğu ehtimal olunur. O vaxtdan etibarən Şəhərgah “yerli əhəmiyyətli” abidə kimi Kürdəmir Rayon Mədəniyyət və Turizm İdarəsi tərəfindən qorunur. Yaşayış yerinin tarixi hələ ki tam şəkildə öyrənilməyib. Şəhərgahın hansı orta əsr şəhərinin qalıqları olmasını müəyyənləşdirmək üçün yeni qazıntı və tədqiqat işləri aparmaq lazımdır.

İstinadlar

redaktə
  1. ↑ "Kürdəmirin Tarixi Abidələri". heydaraliyev-centers.az. 16.04.2020. 2021-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-22.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şəhərgah_yaşayış_yeri&oldid=8125047"
LOVE.AZ