. Love.az

Sehidlik Mescidi - Wikipedia - Love.az

Ana Səhifə - Sehidlik Mescidi

Şəhidlik Məscidi — Almaniyanın Berlin şəhərində yerləşən məscid. Dörd mərtəbəli binada 1500 nəfər ibadət edə bilər. Kompleksə mədəniyyət mərkəzi, məlumat və görüş mərkəzi də daxildir. Məscid Türk-İslam Dəyanət İşləri Birliyi tərəfindən idarə olunur. Məscid adını 1866-cı ildə diplomatik qəbiristanlıq kimi təşkil edilən türk qəbiristanlığından almışdır. Məsciddə Camal Əzmi bəyin, Bahəddin Şakirin və Cahangir bəy Kazımbəylinin də məzarları var.[1][2]

İslam
Şəhidlik Məscidi
Xəritə
Ölkə
  •  Almaniya Federativ Respublikası
Hündürlüyü 37,1 m
sehitlik-camii.de
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

redaktə

1999-cu ildə təməli qoyulan məscidin tikintisi 2005-ci ildə başa çatdırılıb. Məscid Hilmi Şenalp tərəfindən Osmanlı memarlıq üslubunda tikilmişdir.[3] Məscid 2010-cu ildə dörd yanğına məruz qalmışdı. 2011-ci ildə cinayəti törədən şəxs tutuldu və ona iki il doqquz ay həbs cəzası verildi.[4]

Memarlıq xüsusiyyətləri

redaktə
 
Məscidin daxili görünüşü; mehrab və minbər görünür.

Məscid XVI-XVII əsrlərə aid Osmanlı memarlığı əsasında tikilib. Məscidlərin hündürlüyü 37,1 metr olan iki minarəsi və 21,3 metr hündürlüyündə əsas günbəzi var.[5]

İstinadlar

redaktə
  1. ↑ "Şehitlik Mosque and the Islamic Cemetery at Columbiadamm: Islam in Public Space. Studia Religiologica, 2019, 52(1) 63-77". ResearchGate (ingilis). İstifadə tarixi: 2021-01-30.
  2. ↑ Mengelkoch, Arnold. "Moscheen in Neukölln und ihre Angebote" (PDF). Bezirksamt Neukölln von Berlin. 2021-10-06 tarixində arxivləşdirilib (PDF).
  3. ↑ Hofmann, Tessa. "A Hundred Years Ago: The Assassination of Mehmet Talaat (15 March 1921) and the Berlin Criminal Proceedings against Soghomon Tehlirian (2/3 June 1921): Background, Context, Effect" (PDF). International Journal of Armenian Genocide Studies. 5 (1). 2020: 67–90. doi:10.51442/ijags.0009. ISSN 1829-4405. 5 December 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26 April 2024.
  4. ↑ "Masjid Sehitlik Tertua di Jerman". Republika Online (indoneziya). 2017-12-19. 2021-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-30.
  5. ↑ Berlin, Berliner Morgenpost-. "Berliner Moscheen-Brandstifter muss ins Gefängnis". www.morgenpost.de (alman). 2011-07-06. 2021-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-30.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şəhidlik_Məscidi&oldid=7812191"
LOVE.AZ