. Love.az

Sehriyar Samaxi - Wikipedia - Love.az

Ana Səhifə - Sehriyar Samaxi
Bu adın digər istifadə formaları üçün bax: Şəhriyar (dəqiqləşdirmə).

Şəhriyar – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində qəsəbə. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Şamaxı rayonunun Şamaxı şəhər inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Şəhriyar qəsəbəsi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Şəhriyar qəsəbəsi Şamaxı şəhər inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Şəhriyar qəsəbə inzibati-ərazi vahidi yaradılmışdır.[1]

Şəhriyar
40°35′35″ şm. e. 48°36′41″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 650 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Şəhriyar xəritədə
Şəhriyar
Şəhriyar

Mündəricat

  • 1 Toponimikası
  • 2 Tarixi
  • 3 İqtisadiyyatı
  • 4 Əhalisi
  • 5 İstinadlar
  • 6 Həmçinin bax

Toponimikası

redaktə

Tarixi

redaktə

Kənd 1931-ci ildə Lenin adına sovxoz adı ilə yaranmışdır.

İqtisadiyyatı

redaktə

Həmin ildən təsərrüfatda sürətlə üzümçülük inkişaf etmişdir. Üzümlüklərin ümumi sahəsi 2422 ha. çatdırılmışdır. Dünya şöhrətli "Mədrəsə", "Şirvanşahı", "Şamaxı mərəndisi", "Qara mərəndi", "Qızılı mərəndi" sortları bu torpaqda yaranmışdır. Sovxozun üçümçülərindən 4 nəfərinə Sosialist Əməyi Qəhrəmanı adı verilmiş, 18 nəfəri isə Lenin ordeni ilə təltif olunmuşlar. Yerli üzüm sortlarından hazırlanan "Kaqor", "Şamaxı" şərabları 2 dəfə ümumdünya və ümumittifaq sərgilərinin qızıl, 3 dəfə gümüş medalına layiq görülmüzdür. "Mədrəsə", "Mədrəsəli", "Qarayeri", "Qırmız Azərbaycan", "Dəllər" şərabları sovxoz şərabçılarının məhsulu idi. Lenin adına sovxoz 1992-ci ildə Nadir Məmmədov (vaxtilə sovxozun direktoru olub) adına sovxoz, 1999-cu ildən isə Şəhriyar qəsəbəsi adlandırıldı. İki uşaq bağçası, məktəb, klub, kitabxana, mədəniyyət evi, Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialı, FHN-in Mülkü-Müdafiə Qoşunlarının Şamaxı taboru var.[2]

Əhalisi

redaktə

Əhalisi 4271 nəfərdir (2009), 2566 təsərrüfatı var.

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
  2. ↑ N.Məmmədov. Milyonçu sovxoz. Bakı: Azərbaycan Dövlət Nəşriyatı, 1976

Həmçinin bax

redaktə
Şamaxı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şəhriyar_(Şamaxı)&oldid=8143562"
LOVE.AZ