. Love.az

Sehriyar Ceferov - Wikipedia - Love.az

Ana Səhifə - Sehriyar Ceferov

Şəhriyar Cəfərov (1986, Bakı) — baletmeyster-xoreoqraf, balet artisti, rəqqas, "Rəqs sultanları" qrupunun bədii rəhbəri.

Şəhriyar Cəfərov
Şəhriyar Aydın oğlu Cəfərov
Doğum tarixi 1976
Doğum yeri Bakı, Azərbaycan SSR
Milliyyəti azərbaycanlı
Fəaliyyəti baletmeyster
Fəaliyyət illəri 1993-cü ildən bu günə kimi
Təhsili
  • Bakı Xoreoqrafiya Akademiyası
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: Şəhriyar (ad).

Mündəricat

  • 1 Həyatı
  • 2 Quruluş verdiyi xoreoqrafik kompozisiyalar və rəqslər
  • 3 Mənbə
  • 4 Video

Həyatı

redaktə

Şəhriyar Aydın oğlu Cəfərov 1976-cı ildə Bakı şəhərində anadan olub.

1984-1986-cı illərdə Moskva şəhərində məşhur çeçen rəqqası,SSRİ-nin balet artisti, xoreoqraf,SSRİ Xalq Artisti Mahmud Esambayevin rəqs məktəbində təhsil alıb və Mahmud Esambayevin Azərbaycanda yeganə tələbəsi olmuşdur.1986-1994-cü illərdə Bakı Xoreoqrafiya məktəbində balet artisti ixtisası üzrə təhsil almışdır. Oranı bitirdikdən sonra 1995-1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Dram teatrı və kino aktyoru" ixtisası üzrə təhsil almışdır. 2000-ci ildə İstanbul Dövlət Opera və Balet teatrında dəvətli sənətçi fəaliyyət göstərmişdir. 2002-ci ildə vətənə geri dönən sənətçi 2003-2007-ci illərdə isə ikinci təhsil olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xoreoqraf-baletmeyster ixtisası üzrə təhsil almışdır. Paralel olaraq, 2003-2010 A.N.Ələkbərov adına Respublika İncəsənət Gimnaziyasında klassik rəqs fənni üzrə tədris edib. Daha sonra bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.2013-cü ildən 2019-cu ilə kimi Müdafiə Nazirliyinin H.Aslanov adına Mərkəzi Zabitlər Evində məşqçi xoreoqraf-pedaqoq kimi çalışmışdır. 2020-ci ildən etibarən İstanbulda yaşayır və 2021-ci ildə Magistr pilləsi üzrə Memar Sinan İncəsənət Universitetinin klassik balet ixtisası üzrə təhsil almış bir il sonra isə həmin universitetdə müəllim vəzifəsində çalışır. Hal-hazırda Doktorantura təhsili alır

1993-cü ildən 1999-cu ilə kimi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində balet solisti kimi çalışmışdır.İşlədiyi illər ərzində aşağıdakı balet və opera tamaşalarında ifa etmişdir.

  • .Pero və Çin kuklası-P.Çaykovski ("Şelkunçik" balet)
  • .Təlxək-P.Çaykovski("Qu gölü" baleti.)
  • . Mənfi qüvvəli təlxək- Çaykovski ("Romeo və Cülyetta" baleti)
  • Sehirbaz Droselmeyr- P. Çaykovski ("Şelkuncik" baleti.)
  • Baş quldur-F.Əmirov ("Min bir gecə" baleti
  • Qaraçı rəqsi solo-L.Minkus ("Don kixot" baleti)
  • Özbək rəqsi solo,şələqov rəqsi solo-Ə.Bədəlbəyli ("Qız qalası" baleti)
  • Varlı Leonardo-R.Driqo ("Arlekinado" baleti)
  • Solo balero-J.Bize,R.Şidren ("Karmen suita" baleti)
  • Solo balero-(J.Bize "Karmen" opera)
  • Toy rəqs solo-M.Maqomayev ("Şah İsmayıl" opera)

Bir müddət Azərbaycan Dövlət Akademik Musiqili Teatrında balet məşqçi-pedaqoq vəzifəsində çalışıb.Çalışdığı illərdə F.Liqar "Şən dul qadın"(1999), M.Fətəli Axundzadənin "Kimyagər"(2012) musiqili komediyalarında xoreoqraf-baletmeyster kimi çalışmışdır.

2000-2003-cü illərdinə Türkiyə Cumhuriyyəti İstanbul Dövlət Opera və Balet Teatrında balet solisti olaraq çalışmışdır.

  • Baş zabit-( "Çanaqqala" baleti)
  • Təlxək--(A.Məlikov "Məhəbbət əfsanəsi" baleti)
  • Pa-de-trua-( P.Çaykovski "Fındıqqıran")
  • Sarayın baş rəqqası-( "Hürrəm sultan" baleti)
  • Qartal-("Salome" baleti)


Şəhriyar Cəfərov 2001-ci ildə Azərbaycanda ilk dəfə "Uzundərə " xalq rəqsinə duet rəqsi olaraq quruluş vermiş və İstanbulda Show tv-də yayımlanan "Hülya show" proqramında Ebru Önal ilə birlikdə ifa etmişdir. 2003-cü ildə Qırğızıstanda keçirilən – ''Issık göl-2003'' beynəlxalq müsabiqəsində birincilik qazanmışdır. 2009-cu ildə Türkiyənin Antalya şəhərində keçirilən 2-ci beynəlxalq Antalya rəqs müsabiqəsində "müasir rəqs" kateqoriyası üzrə qalib adını qazanmışdır.

Quruluş verdiyi xoreoqrafik kompozisiyalar və rəqslər

redaktə
    • "İspan" rəqsi (1998)
    • "Rubikon - F.Sinatra mahnısına (1998)
    • "Uzundərə" – xalq rəqsi (2001)
    • "İlan" rəqsi (solo) (2001)
    • "Arşın mal alan" - Ü.Hacıbəyli (2004)
    • "Sertaki" yunan rəqsi (2005)
    • "İki qərənfil" (bir pərdəli balet tamaşası) - 20 yanvar şəhidləri İlham və Fərizəyə ithaf (2006)
    • "Min bir gecə" - xoreoqrafik kompozisiya (Fikrət Əmirov) (2006)
    • "Şərq aləmi" - xoreoqrafik kompozisiya (2008)
    • Libertanqo (2009)
    • "Şələ qoy" solo rəqsi (2009)
    • "Kütləvi" vals və "Duet fransız vals” (2009)
    • "Gedirsən get "- Ələkbər Tağıyevin musiqi əsasında (2010)
    • "Şələ qoy" kütləvi rəqsi (2012)
    • Sarı Gəlin (xalq mahnısı) solo rəqsi (2012)
    • "Görüş" duet rəqsi (2012)
    • "Mirzəyi-Vağzalı" xalq rəqsi (2013)
    • 20 yanvar şəhidlər xoreoqrafik kompozisiya (2015)
    • "Qazağı" kütləvi rəqsi (2015)
    • "Odlar yurdu" – (Elşad ritm qrupu) (2015)
    • "Türk" rəqsi (2015)
    • "Şən rəqs" – Vasif Adıgözəlovun musiqisi əsasında (2016)
    • "İnnabı" – xalq rəqsi (2016)
    • Xocalı - xoreoqrafik kompozisiya (2016)
    • "Külək "- Ələkbər Tağıyevin musiqi əsasında (2016)
    • "Kalinka" rus rəqsi (2016)
    • "Yeni Bakı" - xoreoqrafik kompozisiya (Rövşən ritm qrupu) (2017)
    • "Odlar Yurdu" - Eldar Mansurovun musiqi əsasında (2017)
    • "Azərbaycan qızıyam "- Ələkbər Tağıyevin musiqi əsasında (2020)
    • "Küçələrə su səpmişəm" qızlar rəqsi (2021)
    • "Sarı Gəlin" qızlar rəqsi (2021)
    • "Novruz" rəqsi (musiqi Məmmədbağır Bağırzadə) (2021)
    • "Ayrılıq" (musiqi Əli Səlimi) (2021)
    • "Çırpınırdı Qara Dəniz" (Ü.Hacıbəyli) (2021)
    • "Leyli və Məcnun duet rəqsi (musiqi Taner Demiralp) (2021)
    • "Xarıbülbül" rəqsi (2021)
    • "Xarıbülbül" suitası (musiqi Emin Sabitoğlu) (2021)
    • Tarantella qızlar rəqsi (2022)
    • Karmen qızlar rəqsi (2023)
    • Güllər valsı (2023)
    • İspan rəqsi (2024)
    • Ave Maria (2024) (duet-adagio)

Mənbə

redaktə
  • Xoreoqraf Şəhriyar Cəfərov: "Milli folklor rəqslərimiz uçurum astanasındadır"[ölü keçid]
  • Şəhriyar Cəfərov Azadlıq Radiosunda: "Bu ölkədə vətənpərvərlik yad janra çevrilib"

Video

redaktə
  • Şəhriyar Cəfərov və "Rəqsin sultanları" qrupu - "Şərq aləmi" xoreoqrafik kompozisiyası
  • Şəhriyar Cəfərov və "Rəqsin Sultanları" qrupu - Bayram rəqsi
  • Şəhriyar Cəfərov - "O olmasın, bu olsun" tamaşasından rəqs
  • Beynəlxalq rəqs yarışmasında Modern üslubunda I yer qazanmış İlan rəqsi
  • Şəhriyar Cəfərov "Rəqsin dili" verilişində Azərbaycan rəqsləri tarixi haqqda
  • Şəhriyar Cəfərovun ANS TV-də müsahibəsi
  • [1]
  • [2]
  • [3]
  • [4]
  • [5]
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şəhriyar_Cəfərov&oldid=8094615"
LOVE.AZ