. Love.az

Seker Memmedova - Wikipedia - Love.az

Ana Səhifə - Seker Memmedova

Məmmədova Şəkər İdayət qızı (10 yanvar 1964, Saral, Hamamlı rayonu) — Coğrafiya elmləri namizədi, dosent, Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin dekanı.[mənbə göstərilməlidir]

Şəkər Məmmədova
Doğum tarixi 10 yanvar 1964(1964-01-10) (61 yaş)
Doğum yeri
  • Saral, Hamamlı rayonu, Ermənistan SSR, SSRİ
İş yeri
  • Bakı Dövlət Universiteti

Həyatı

redaktə

1964-cü il 10 yanvar Ermənistan Respublikası Hamamlı rayonunun Saral kəndində anadan olub. 1972–1982-ci illərdə orta məktəbdə oxuyub. 1985–1990-cı illərdə Bakı Dövlət Universitetinin Geoloji-Coğrafiya fakültəsində təhsil alıb. 1996-cı ildən BDU-da çalışır. 1996-cı ildən Coğrafi ekologiya kafedrasında müəllim, baş müəllim və dosent vəzifəsində işləyir.

2000-ci ildən Coğrafiya fakültəsinin magistratura üzrə dekan müavini. 2017-ci ildən Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin dekanı vəzifəsinə təyin edilib.[mənbə göstərilməlidir]

Elmi fəaliyyəti

redaktə

1990-cı ildən Azərbaycan Dövlət Hidrometeorologiya komitəsində aparıcı mühəndis, 1996-cı ildən Coğrafi ekologiya kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışır. Biocoğrafiya, Ekologiya və ətraf mühiti mühafizə, Şəhərlərin ekologiyası, Ətraf mühitə nəzarət sistemi, Suların və Xəzərin ekologiyası fənlərini tədris edir. 1998-ci ildə coğrafiya elmləri namizəfi, 2003-cü ildə dosent elmi dərəcəsi alıb.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şəkər_Məmmədova&oldid=7938584"
LOVE.AZ