Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. (yanvar 2025) |
Şəlalə Şahvələd qızı Quliyeva (23 yanvar 1977, Mingəçevir) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2012).
Şəlalə Şahvələdqızı | |
---|---|
Şəlalə Şahvələd qızı Quliyeva | |
Digər adı | Şəlalə Quliyeva |
Doğum tarixi | (48 yaş) |
Doğum yeri | Mingəçevir, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | |
Təhsili | |
Teatr | Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı |
Mükafatları |
![]() |
Quliyeva Şəlalə Şahvələd qızı 23 yanvar 1977-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1995-ci ildə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetində dram-kino aktyor fakültəsinə daxil olmuşdur. Tələbə ikən sənət müəllimi, kursun rəhbəri Azər Paşa Nemətov nasir-dramaturq Elçinin "Ah, Paris…Paris!.." satirik komediyasınının Azərbaycan Akademik Milli Dram Teatrında tamaşasında rol almışdır. 1996-cı ildə Akademik Teatrın aktrisasıdır. Həmin ildən başlayaraq Şəlalə Şahvələdqızı yaşına və səhnə qabiliyyətinə uyğun rollar oynamağa başlayıb. 1999-cu ildə universitet təhsilini başa vurub. Həm dramatik, həm də komediya janrlı tamaşalarda müxtəlif rollar ifa etmişdir.
2011-ci ildə Moskvada Beynalxalq teatr məktəbinin aktyor sənəti üzrə ali kursunun məzunudur.
2004-cü ildə Gənclər, İdman və Turizm nazirliyi tərəfindən "İlin ən yaxşı aktrisası" nominasiyası üzrə mükafatlandırılıb.
9 may 2012-ci il tarixdə ona Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı verilmişdir. 1 may 2017-ci ildə[1], 9 may 2018-ci ildə[2], 10 may 2019-cu ildə[3], 7 may 2021-ci ildə[4], 10 may 2022-ci ildə[5], 6 may 2023-cü ildə[6] və 8 may 2025-ci ildə[7] Prezident Mükafatına layiq görülmüşdür.
Atası Şahvələd Quliyev Mingəçevir şəhərinin ilk qurucularındandır.