. Love.az

Semsedil Sultanligi - Wikipedia - Love.az

Ana Səhifə - Semsedil Sultanligi

Şəmşəddil sultanlığı — bir çox Azərbaycan xanlıqları kimi Əfşarlar imperiyasının şahı Nadir şah Əfşarın ölümündən sonra yaranmışdır.

Sultanlıq
Şəmşəddil sultanlığı
← 
 →
1747 — 1819

Paytaxt Öysüzlü
Rəsmi dilləri Azərbaycan dili
Din İslam
Ərazisi 4481.4 km²
İdarəetmə forması Mütləq monarxiya
Sülalə Zülqədərovlar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Sultanları
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Tarixi

redaktə

Şəmşəddil 18-ci əsrin ortalarında (1747) yaranmış sultanlıq idi. Ərazisi 4200 verst (1 verst 1067 kvadrat metrə bərabərdir), əhalisi qızılbaş türk tayfalarından olan zülqədərlərdən ibarətdi. Mərkəzi Öksüzlü (Tovuz ərazisində) obasıydı. Şəmşəddil sultanlığına Zülqədərovlar başçılıq edirdilər. Zülqədərovlar əsasən Xılxına kəndində yaşayırdılar. Şəmşəddil sultanlığı zaman-zaman Gəncə xanlığına və Kartli Çarlığına tabe olsa da, daim müstəqillik uğrunda çarpışmışdı. Tarixdə Şəmsəddin sultanlığı (mahalı) da adlandırılan Şəmşəddil sultanlığı 1801-ci ildə Rusiyanın tərkibinə qatılmışdı. Şəmşəddilin ilk sultanı Sultan Allahverdi Zülqədər olub. O, 1747-1761-ci illərdə sultanlıq etmişdi. Şəmsəddilin ən qüdrətli sultanı Nəsib sultan olmuşdur (1797-1819).[1]

Sultanları

redaktə
  • Sultan Allahverdi Zülqədər (1747—1761)
  • Əli sultan Şəmsəddinli (1761—1797)
  • Nəsib sultan Şəmsəddinli (1797—1819)

Həmçinin bax

redaktə
  • Şəmşəddil mahalı
  • Qazax sultanlığı

İstinadlar

redaktə
  1. ↑ İltifat Şahsevən (Əliyarlı), İltifat Musa oğlu. İstiqlal fədailəri - Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918-1920 Bakı – Mütərcim – 2013
Tarix haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.


Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şəmşəddil_sultanlığı&oldid=7612011"
LOVE.AZ