. Love.az

Semsi Rehimov - Wikipedia - Love.az

Ana Səhifə - Semsi Rehimov

Rəhimov Şəmsi Nuru oğlu (1924, Qafan – 29 sentyabr 1994, Bakı) — Azərbaycanın dövlət xadimi, polkovnik. Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin rəisi (8 yanvar — 29 sentyabr 1994).

Şəmsi Rəhimov
Şəmsi Nuru oğlu Rəhimov
Şəxsi məlumatlar
Doğum tarixi 1924
Doğum yeri
  • Qafan, Zəngəzur qəzası
Vəfat tarixi 29 sentyabr 1994(1994-09-29)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vəfat səbəbi sui-qəsd
Dəfn yeri
  • Fəxri Xiyaban
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti hərbi qulluqçu

Təltifləri Birinci dərəcəli Vətən Müharibəsi ordeni

Mündəricat

  • 1 Həyatı
  • 2 İstinadlar
  • 3 Həmçinin bax
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Rəhimov Şəmsi Nuru oğlu 1924-cü ildə Ermənistan SSR-in Qafan rayonunun Gövdəkli kəndində müəllim ailəsində anadan olub.

1942-ci ildə kənd orta məktəbinin 10-cu sinfindən Sovet Ordusu sıralarına çağrılıb.

1943–1945-ci illərdə ordu sıralarında vzvod komandiri, 1946–1949-cu illərdə Bakı və Gəncə hərbi hissələrində Dövlət Təhlükəsizlik Komitəsininin əməliyyat işçisi, sonra rəhbər işçilərindən olub.

1962-ci ildə BDU-nun hüquq fakültəsini qiyabi yolla bitirmişdir. Birinci dərəcəli Vətən Müharibəsi ordeni və 14 medalla təltif edilmişdi.

1985-ci ildə istefaya çıxır və 1990-cı ilədək mülki vəzifələrdə işləyir.

1994-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin rəisi təyin edilir.

29 sentyabr 1994-cü ildə sui-qəsd nəticəsində qətlə yetirilmişdir.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə
  • "MTN-nin sabiq müstəntiqi «bomba partlatdı»" ( (az.)). azadliq.info. 2011-08-06. 2015-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-16.
  • "Heydər Əliyev Surət Hüseynovu 1 milyard dollara aldı" ( (az.)). azadliq.info. 2011-08-07. 2015-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-16.
  • Mehri Hüseynova. "Gecə yarısı qətl "Nağıllar Evi"nin məhsuludur" ( (az.)). azadliq.info. 2011-08-16. 2015-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
  • Sevda Əsgərova. "Şəmsi öldürülən gün Rəsul Quliyev zəng vurmuşdu…" ( (az.)). azadliq.info. 2011-08-18. İstifadə tarixi: 2017-01-24.
  • Aytən Məmmədova. "Şəmsi Rəhimovun qətlində kaset müəmması" ( (az.)). azadliq.info. 2011-08-15. İstifadə tarixi: 2017-01-24.
  • Aytən. "Şəmsi Rəhimovun qətlilə bağlı müstəqil komissiya tələbi" ( (az.)). azadliq.info. 2011-08-17. İstifadə tarixi: 2017-01-24.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şəmsi_Rəhimov&oldid=7405976"
LOVE.AZ