. Love.az

Senlik Eliyev - Wikipedia - Love.az

Ana Səhifə - Senlik Eliyev
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir.
Səhifəyə yenilənmiş məlumatlar əlavə etməklə Vikipediyanı zənginləşdirməyə kömək edə bilərsiniz.

Şənlik Müslüm oğlu Əliyev (1935, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədri (1985–1988), Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin birinci katibi (1979–1985).

Şənlik Əliyev
Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədri
3 dekabr 1985 – 12 dekabr 1988
ƏvvəlkiHacıbaba Əfəndiyev
SonrakıAydın Məmmədov
Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin birinci katibi
20 yanvar 1979 – 5 dekabr 1985
ƏvvəlkiHəsən Həsənov
SonrakıCahangir Müslümzadə
Şəxsi məlumatlar
Doğum tarixi 1935
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1961–)
Fəaliyyəti siyasətçi

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni — 1986 "Qırmızı əmək bayrağı" ordeni — 1981

Həyatı

redaktə

Şənlik Müslüm oğlu Əliyev 1935-ci ildə Bakıda anadan olmuşdur.[1]

1959-cu ildən Leytenant Şmidt adına zavodda mühəndis, laboratoriya müdiri, baş konstruktorun müavini, zavodun baş mühəndisi işləmişdir. Daha sonra partiya işinə keçirilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri olmuşdur.[1] 20 yanvar 1979-cu ildə Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin birinci katibi seçilmiş[2] və 1985-ci ilədək bu vəzifədə çalışmışdır. 1985–1988-ci illərdə Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədri olmuşdur.

Şənlik Əliyev 1961-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. 10-cu və 11-ci çağırış SSRİ Ali Sovetinin deputatı, eləcə də Sov.İKP XXVI və XXVII qurultaylarının nümayəndəsi seçilmişdir.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 Депутаты Верховного Совета СССР: Десятый созыв. Москва. 1981. səh. 16.
  2. ↑ Directory of Soviet Officials: Republic organizations (ingilis). The Center. 1983. səh. 74.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şənlik_Əliyev&oldid=8144265"
LOVE.AZ