. Love.az

Serefxanli Mescidi - Wikipedia - Love.az

Ana Səhifə - Serefxanli Mescidi

Şərəfxanlı məscidi — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi.

Şərəfxanlı məscidi
Xəritə
40°40′54″ şm. e. 46°21′07″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Gəncə
Yerləşir Əli bəy Hüseynzadə küç. [1]
Sifarişçi Məşədi Molla İbrahim
Tikilmə tarixi 1915
Üslubu Arran memarlıq məktəbi
Vəziyyəti stabil
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.3860
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli
Şərəfxanlı məscidi (Gəncə)
Nöqtə
Şərəfxanlı məscidi

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Haqqında

redaktə

Şərəfxanlı məscidi Şərəfxanlı nəslindən olan Məşədi Molla İbrahim tərəfindən 1915-ci ildə Şərəfxanlı məhəlləsində tikilib.[2] Məscid 4 otaqdan ibarətdir və günbəzlidir.[3] 1920-ci il Gəncə üsyanında öldürülmüş beş nəfər Şərəfxanlı məhəlləsinin sakinini o zamanlar şəhər qəbristanlığında dəfn etmək mümkün olmadığı üçün məscidin həyətində dəfn ediblər. Sovet işğalından sonra məscid M.F.Axundov adına 7№-li natamam orta məktəbə çevrildi. Sonralar bu məktəb ictimai iaşə idarəsinin kulinariya məktəbi oldu.[4] Binadan hazırda kitabxana və nikah evi kimi istifadə edilir.[5]

Həmçinin bax

redaktə
  • Qırıxlı məscidi
  • Qazaxlar məscidi
  • Qızılhacılı məscidi

İstinadlar

redaktə
  1. ↑ "Şərəfxanlı məscidi". ganja.mctgov.az. 25 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2020.
  2. ↑ Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası (PDF) (az.). Bakı: Beynəlxalq Əlhuda. 2001. səh. 169. ISBN 964-8121-59-1. 2021-07-23 tarixində arxivləşdirilib (PDF).
  3. ↑ Gəncənin maddi mədəniyyət abidələri (az.). Bakı: Nurlan. 2004. 105. 2024-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-19.
  4. ↑ "Gəncənin Şərəfxanlı məhəlləsi". ganca.org. 4 noyabr 2013. 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2020.
  5. ↑ Cahid Səyyah. "Gəncə - qəribsəmiş məscidlər diyarı". deyerler.org. 3 noyabr 2010. 25 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2020.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şərəfxanlı_məscidi&oldid=7826648"
LOVE.AZ