. Love.az

Serqi Avropa Duzenliyi - Wikipedia - Love.az

Ana Səhifə - Serqi Avropa Duzenliyi

Şərqi Avropa düzənliyi və ya Rus düzənliyi — Şərqi Avropada geniş düzənlik, Avropa düzənliyinin bir hissəsi.

Şərqi Avropa düzənliyi
Koordinatlar 57°30′ şm. e. 40°00′ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Düzənlik Baltik dənizi sahillərindən Ural dağlarına, Barens və Ağ dənizlərdən Qara, Azov və Xəzər dənizlərinə qədər uzanır. Şimal-qərbdə Skandinaviya dağları, cənub-qərbdə Sudet və Mərkəzi Avropanın digər dağları, cənub-şərqdə Qafqaz, qərbdə isə Visla çayı düzənliyin şərti sərhəddi rolunu daşıyır.[1]

Dünyanın ən böyük düzənliklərindən biridir. Şimaldan cənuba düzənliyin ümumi uzunluğu 2,5 min kilometrdən çox, qərbdən şərqə isə 1 min kilometrdir.[2]

Belarus, Latviya, Litva, Estoniya və Moldova tamamilə, Rusiya, Qazaxıstan, Ukrayna, Finlandiya, Polşa və Rumıniya isə qismən düzənlik ərazisində yerləşir.

Xüsusiyyətləri

redaktə

Şərqi Avropa düzənliyi platforma bünövrəsi üzərində qədim düzənlikdir. Şimal-qərbində qədim buzlaşma izləri qalmışdır. Şimalda tundra, cənub-şərqində səhra və yarımsəhra var. Meşə və çöl landşaftı üstündür.[3]

İstinadlar

redaktə
  1. ↑ "Восточноевропейская равнина". 2013-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.
  2. ↑ Русская (Восточно-Европейская) равнина Arxivləşdirilib 2018-01-15 at the Wayback Machine // Природа России
  3. ↑ Аврасија. Шимали Аврасија. Шәрги Авропа (Рус) дүзәнлији // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 42.

Əlavə ədəbiyyat

redaktə
  • Şərqi Avropa düzənliyi // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978. ст. 4.
  • Воробьёв, Вячеслав Михайлович. Волоковые пути на Главном водоразделе Русской равнины: Учебное пособие. Тверь: Славянский мир. 2007.
  • Лебединский, Владимир Иванович. Вулканическая корона Великой равнины. Настоящее и будущее Земли и человечества (14000 nüs.). М.: Наука. 1973.
  • Смирнова Е. История формирования рельефа центра Русской равнины // По голубым просторам: Реки и озёра среднерусской полосы (20000 nüs.). М.: Московский рабочий. Худож. В. Скворцова и А. Кузнецов. 1965. 3–12.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şərqi_Avropa_düzənliyi&oldid=6698191"
LOVE.AZ