. Love.az

Serqi Avropada Narinci Qar 2018 - Wikipedia - Love.az

Ana Səhifə - Serqi Avropada Narinci Qar 2018

Şərqi Avropada narıncı qar – 2018-ci ilin martında baş vermiş anomal fenomen.[1]

Narıncı qar Rusiyanın şimali Qafqaz regionu və şərqi Avropanın bir çox ölkəsində yağıb. Narıncı qarın şəkilləri sosial şəbəkələrdə Rusiya, Bolqarıstan, Ukrayna, Rumıniya və Moldovadan paylaşılıb.[1]

Narıncı qar Böyük Səhradan gələn qum fırtınasının yağış və qarla qarışmasından yaranıb. Bu cür hadisələr təxminən hər beş ildən bir baş versə də, bu dəfə qarla qarışan qumun miqdarı əvvəl müşahidə olunan normalardan daha yüksək olub.[1]

Qumun ağızlarına düşməsindən şikayətlənənlər olub.[1]

Narıncı qar Rusiyanın Soçi şəhərinə yaxınlıqdakı kurortlarda da müşahidə olunub.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 ""Narıncı qar" şərqi avropalıları çaşqın vəziyyətə salıb". BBC Azərbaycan (az.). 26 mart 2018. İstifadə tarixi: 27 mart 2018.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şərqi_Avropada_narıncı_qar_(2018)&oldid=8084431"
LOVE.AZ