Şərqi Macarıstan krallığı (mac. keleti Magyar Királyság) — 1526-cı ildə Mohaç döyüşündən sonra parçalanmış Macarıstan krallığının şərq hissəsində yaranmış müstəqil dövlət qurumu.[1] Krallıq Habsburqların nəzarətində olan Qərbi Macarıstan və Osmanlıların təsiri altında olan ərazilərlə müqayisədə müstəqil, lakin dəyişkən xarici təsirlərə açıq siyasi quruluş idi. 1570-ci ildə Şərqi Macarıstan krallığı Transilvaniya knyazlığına çevrilmişdir.[2]
Osmanlı imperiyasının vassal və xəracverən dövlətləri | |||
Şərqi Macarıstan krallığı | |||
---|---|---|---|
|
|||
|
|||
|
|||
Paytaxt | Buda | ||
![]() |
1526-cı ildə Osmanlı sultanı I Süleymanın rəhbərliyi ilə baş tutan Mohaç döyüşündə Macar kralı II Layoş həlak olmuşdur və bu, Macarıstan krallığının parçalanmasına səbəb olmuşdur. Bu hadisədən sonra Macar taxt-tacına iki iddiaçı meydana çıxmışdır: Habsburqlardan I Ferdinand və Yanoş Zapolya (mac. János Zápolya).[3]
1526-cı ildə Zapolya Yanoş Macar zadəganlarının bir hissəsi tərəfindən kral elan olunmuşdur.[4] Lakin Ferdinand da özünü kral elan etmiş və bu, vətəndaş müharibəsinə səbəb olmuşdur. Zapolya 1529-cu ildə Osmanlı sultanı I Süleymanla ittifaqa girərək onun vassalı kimi tanınmışdır. Bunun nəticəsində Şərqi Macarıstan krallığı Osmanlı təsirinə düşmüşdür, lakin formal müstəqilliyini saxlamışdır.[5]
Şərqi Macarıstan krallığı formal olaraq müstəqil bir dövlət idi, lakin reallıqda Osmanlı imperiyasına vassal kimi bağlı idi. Sultan I Süleyman, Zapolyanın kral titulunu tanıyaraq ona hərbi və siyasi dəstək vermişdir. Dövlətin daxili idarəetməsi Macarıstan ənənələrinə əsaslanırdı.[6]
Yanoş Zapolya öz paytaxtını əvvəlcə Buda, daha sonra isə Debretsen və digər şəhərlərə köçürdü. Lakin ən sabit mərkəz Gyulafehérvár (indiki Rumıniyanın Alba İulia şəhəri) idi.[7]
Şərqi Macarıstan Krallığı indiki Macarıstanın şərq hissəsini, Transilvaniya bölgəsini və ətraf əraziləri əhatə edirdi. Sərhədlər siyasi dəyişikliklərə görə tez-tez dəyişirdi. Dövlət qərbdə Habsburqların nəzarətində olan ərazilərlə, cənubda isə Osmanlı vilayətləri ilə həmsərhəd idi.[8]
Osmanlı imperiyası Yanoş Zapolya Macarıstan taxtına çıxmasını dəstəkləyərək Şərqi Macarıstan krallığını öz maraqları çərçivəsində qoruyurdu. 1538-ci ildə Osmanlıların iştirakı ilə Yanoş və Ferdinand arasında Vardyar müqaviləsi imzalanmışdır. Bu müqaviləyə əsasən, Yanoş ölümündən sonra Macarıstan torpaqları Ferdinandın nəzarətinə keçməli idi. Lakin Yanoş 1540-cı ildə oğul varisi — II Yanoş Zapolya — olduğu üçün siyasi vəziyyət yenidən gərginləşmişdir.[9]
Zapolya sülaləsinin son nümayəndəsi olan II Yanoş, 1570-ci ildə Şpeyer müqaviləsini imzalayaraq "Macarıstan kralı" titulundan imtina etmiş və bunun əvəzinə özünü Transilvaniya və Macaristanın Şərqi bölgələrinin knyazı elan etmişdir.[10] Beləliklə, Şərqi Macarıstan krallığı rəsmi olaraq fəaliyyətini dayandırmışdır və onun yerində Osmanlı vassallığı olan Transilvaniya knyazlığı yaranmışdır.[11]
Şərqi Macarıstan krallığı, Macarıstan taxt-tacının Osmanlı və Habsburq təsirləri arasında parçalanmasının simvoludur.[12] Bu dövlətin yaranması və fəaliyyəti sonrakı Transilvaniya knyazlığının siyasi və mədəni əsasını təşkil etmişdir. O, həmçinin Osmanlıların Orta Avropada təsir dairəsini genişləndirməsi baxımından mühüm rol oynamışdır.[13]
"Macarıstan" portalı |