Bu, Şablon:Alim səhifəsinin müzakirə səhifəsidir. |
|
"Alma-mater" "Təhsili"ni əvəz etmir ki?→Vago ms 09:06, 24 noyabr 2011 (UTC)Cavabla
Azərbaycan dilində doğum tarixi, doğum yeri anlayışları mövcud deyil. Türk dilində "doğmak" bizim doğulmaq, anadan olmaq sözlərinə uyğun gəldiyi üçün onlarda bu söz normaldır. Bizim doğmaq sözü isə türklərdə "doğurmak"a uyğun gəlir. Ona görə də doğum tarixi, doğum yeri ifadələri yalnız qadınlara aid edilə bilər və nə məna verdiyini yəqin başa düşdünüz. Xahiş edirəm, bunu bütün şablonlarda nəzərə alasınız. --Namig J. Guliyev (talk) 09:24, 26 yanvar 2013 (UTC)Cavabla
Bir neçə alimin səhifəsini düzəltdikdən sonra belə hesab edirəm ki, "Alim" şablonunu təcili olaraq redaktə etmək lazımdır. Təkliflərim belədir:
1) Bir çox sözlərdə qeyri-dəqiqliklər və (məna etibarilə) ciddi səhvlər var.
"Şəkil miqyası" ==> "Şəklin eni" [Miqyasla en ("width") nə vaxtdan sinonim olublar?] "Şəkil məlumat" ==> "Şəklin təsviri" və ya "Şəklin başlığı" "Doğum tarixi" ==> "Anadan olduğu tarix" "Doğum yeri" ==> "Anadan olduğu yer" "Vəfatı" ==> "Vəfat tarixi" "Vətəndaşlıq" ==> "Vətəndaşlığı" "Milliyət" ==> "Milliyyəti" "Alma mater" və "Təhsili"nin hər ikisi ancaq bizim versiyada var, mənasızdır. Birini seçmək lazımdır. "Elmi vəzifəsi" ==> "Elmi adı" "Tanınmış yetirmələri" də olar, amma məncə bizim elm aləmində "tələbələri" ifadəsi müqayisə olunmayacaq dərəcədə daha çox işlənir. "Tanınır" ==> "Əsas kəşfləri" "Sayt" ==> "Saytı"
2) Bundan əlavə, təklif edirəm ki, "Kartoçka"da ingilis versiyasındakı kimi anadan olduğu (və vəfat etdiyi) tarixlə yeri birləşdirib yazaq. Bu daha səliqəli görünür:
Anadan olmuşdur: | tarix |
yer | |
Vəfat etmişdir | tarix |
yer |
3) Dilimizə lap uyğun olsun deyə, bəzi xanaların (saydan asılı olaraq) həm tək, həm çox versiyalarını yazmaq olar. Məsələn, bir yerdə işləyəndə "İş yeri", çox yerdə işləyənlərdə isə "İş yerləri". Eyni qayda ilə "Elmi rəhbərləri" və s.
4) İngilis variantda olan, bizdə (və heç ruslarda da) olmayan yeni bölmələr əlavə etmək olar: Dissertasiyasının adı və ili, həyat yoldaşı.
5) Xanaların dəqiq nəyə xidmət etdiyini, onların necə doldurulmalı olduğunu dəqiq müəyyənləşdirmək lazımdır. Məsələn, belə başa düşürəm ki, "Orijinal adı" alim üçün doğma dildəki yazılışdır, amma bəzi səhifələrdə elə Azərbaycan aliminin bütöv adını oraya yazırlar. Yaxud, elm sahələrinin adını böyük, yoxsa kiçik hərflərlə yazmaq və s.
Razılığa gəlsək, bunları özüm də edə bilərəm, yəni texniki cəhətdən bir problemim yoxdur.--Namig J. Guliyev (talk) 13:54, 28 yanvar 2013 (UTC)Cavabla
Məncə əlavə olaraq atası, anası, uşaqları, hətta qardaş-bacıları bölmələri də əlavə etmək olar. Çünki adətən "ot kökü üstə bitər". --Elməddin Hacıyev (talk) 13:47, 10 yanvar 2015 (UTC)Cavabla
Vago, sizin şablonda etdiyiniz redaktələri geri qaytarmağımı üzrlü hesab edin, redaktələrinizin mahiyyətinə varmamışam, çünki indi imkanım yoxdur, geri qaytarmağımın səbəbi isə budur ki, Nəsib Muxtarov (arxeoloq) səhifəsində şəkil böyüyüb bütün səhifəni tuturdu. Aydın Məmmədov (müzakirə) 22:28, 13 may 2017 (UTC)Cavabla
Salam Toghrul Rahimli. Bu şablonda Commonsda kateqoriyası olan məqalələrdə digər şəxs şablonlardakı kimi Commonslinki göesənmir. --Araz Yaquboglu (müzakirə) 07:34, 4 aprel 2019 (UTC)Cavabla
Salam Toghrul Rahimli. Şablon Vikiverilənlərdən deyəsən İş yeri bölümünü çəkmir. Məsələn Mirzə Qurbanov məqaləsində yoxladım. — Araz Yaquboglu (müzakirə) 11:24, 27 iyun 2021 (UTC)Cavabla
"Elm adamı" və ya "Elm xadimi" adlandırsaq daha doğru olar. Bikar Orxan, Toghrul R, Wealszy, Xeyal, White Demon. Gadir (müzakirə) 05:13, 5 iyul 2023 (UTC)Cavabla