![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
gərək Euro2024 və Copa América 2024 ilə bağlı da xəbərə yer veriləydi.. Atakhanli (müzakirə) 21:10, 19 iyul 2024 (UTC)
Bunun da məqaləsi yaradılsa gözəl olardı, qəşəng görünərdi, hələ bir xeyli müddət qalacaq ana səhifədə. Hörmətlə, Gadirmüzakirə 21:16, 19 iyul 2024 (UTC)
@Sura Shukurlu, salam. Qeyd etdiyiniz arqument — "Məqalə işlənilib, 3-4 gün qalmasında problem yoxdur" keçərli arqument deyil. Bu bölməyə sonradan əlavələr olunmur, sırf məqaləsini işləmisiniz deyə də əlavə olunması düzgün deyil. Həm də bu bölməni taraz saxlayırıq, maksimum 4 xəbər qalır, indi ora vizual cəhətdən pozulub. Odur ki, həmin xəbəri çıxarıram və təkrar əlavə etməməyinizi xahiş edirəm. Hörmətlə, Gadirmüzakirə 09:34, 28 iyul 2024 (UTC)
Düşünürəm ki, Ukraynanın Rusiyanın ərazisinə ilk dəfə belə təşkilatlanmış şəkildə hücumu ana səhifədə xəbərlər hissəsində olmalıdır. Hal-hazırda bu əməliyyat müharibənin gedişini dəyişə bilər. Əhməd Qurbanov (müzakirə) 07:13, 10 avqust 2024 (UTC)
@Atakhanli, salam, bəy. Hər ölən ora əlavə edilməlidir deyə bir şərt yoxdur, üzərindən həftələr, günlər keçdikdən sonra ora hansısa adın əlavəsi (yerdəyişməsi) də uyğun görünmür. Mümkün qədər ensiklopedikliyi açıq şəxsləri əlavə etməyə çalışaq. İkincisi də, orda 6 başlıq saxlayaq, lütfən, öncədən də bunu bildirmişdim sizə. Hörmətlə, Qədir (müzakirə) 00:39, 20 sentyabr 2024 (UTC)
Mən düşünürəm ki, son ölümləri ölüm tarixinə görə yox, ölümün açıqlandığı tarixə görə sıralamaq daha düzgündür. Çünki bəzən elə olur ki, şəxs ölür, amma ölümü 1-2 həftə sonra açıqlanır. Xüsusilə, Yaponiyada belə hallar tez-tez olur, ölümü dərhal açıqlamırlar. Nobuyo Oyama 29 sentyabrda ölüb, amma ölümünü 12 gün sonra - dünən açıqlayıblar. Şiroi Akuma 16:45, 12 oktyabr 2024 (UTC)
@Turkmen, salam. 3 başlıq çox azdır, bilirəm, bəyənməsəm də, orada azı 4 başlıq saxlanılır. Siz yeni əlavə etdiyiniz xəbərə məqalə yaradacaqsınız? Çünki ora əlavə edilən xəbərlərin məqaləsi olmalıdır və "bold" keçidlə birgə verilməlidir. Hörmətlə, Qədir (müzakirə) 11:21, 13 noyabr 2024 (UTC)
Cənubi Koreya Prezidenti Yun Sok Yolun hərbi vəziyyət elanından bir neçə saat sonra, Parlament onu ləğv etməyə səs verib. Мурад 97 (müzakirə) 20:21, 3 dekabr 2024 (UTC)