. Love.az

Sadili Goranboy - Wikipedia - Love.az

Ana Səhifə - Sadili Goranboy
Bu adın digər istifadə formaları üçün bax: Şadılı.

Şadılı — Azərbaycan Respublikasının Goranboy rayonunun Şadılı kənd inzibati ərazi dairəsində kənd.[1] 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Goranboy rayonunun Şadılı kəndi Qaradağlı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şadılı kənd inzibati ərazi vahidi yaradılmışdır.[2]

Şadılı
40°38′38″ şm. e. 46°34′48″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 288 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Şadılı xəritədə
Şadılı
Şadılı

Mündəricat

  • 1 Toponimikası
  • 2 Tarixi
    • 2.1 Tarixi abidələri
  • 3 Coğrafiyası və iqlimi
  • 4 Əhalisi
  • 5 İqtisadiyyatı
  • 6 Mədəniyyəti
  • 7 Təhsil
  • 8 İstinadlar
  • 9 Həmçinin bax

Toponimikası

redaktə

Yaşayış məntəqəsi keçmişdə maldarlıqla məşğul olmuş şadılı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Bu tayfanın mənşəcə Şato adlı qədim türk tayfası ilə bağlılığı ehtimal olunur.[3]

Tarixi

redaktə

Kənd yerləşdiyi ərazisini bir neçə dəfə dəyişib. İndiki yerində çox keçmişdən yerləşib. Arxeoloqların qoyduğu tarixə görə kəndin 5000 il tarixi var.

Tarixi abidələri

redaktə

Şadılı kəndində məşhur ipək yolunun üstündə olan karvansara olub. Məşhur körpü gözləri var. Kürəkçayın üstündə olan körpü gözləri hələ də durur.

Qazıntılar zamanı Şadılı kurqanlarından tunc dövrünə aid çoxlu əşyalar tapılıb. Arxeloqların apardığı qazıntılar zamanı ayrı-ayrı kurqanlardan qəbilə başçısına aid iki möhür çıxıb. Bu möhür üç ədəd olub. Biri Türkiyədə, ikisi isə Şadılı ərazisində tapılıb. Kurqanlardan çıxan əşyalar AMEA İnstitutunda saxlanılır.

O vaxtlar kənddə 7 ədəd su dəyirmanı olub. Hazırda işləyən su dəyirmanını Şadılı İsgəndər adı ilə məşhur olan şəxs tikdirib. Təxminən 100-150 il arası tarixi var. Sovet hakimiyyəti qurulduqdan sonra bu dəyirman Şadılı İsgəndərin adı ilə hökumətə verilib. Hazırda işlək vəziyyətdədir.

Coğrafiyası və iqlimi

redaktə

Kənd Kiçik Qafqaz dağlarının ətəyində yerləşir. Kəndin ərazisi 1110 hektardır.

Kəndin ərazisində müxtəlif növ heyvanlara rast gəmək olar. Məsələn: canavar, tülkü, çöl pişiyi, gəlincik, oxatan kirpi, yatağan ilan, kəklik, turac, qırqovul, ilanbalıq, balıqudan, qızılbalıq, qızılquş, leylək, dovşan, şanapipik vardır. Həmçinin kəndin bitki örtüyüdə zəngindir. Bunlara misal olaraq çinar, qarğı, qamış, ətotu, itburnu, cil, əvəlik, iydə, qonaq ağacını misal göstərmək olar.

Goranboy ekologiya nümayəndəsi kənddəki çinarların ikisinə 2017-ci ildə 188 il yaş təyin edib.

Əhalisi

redaktə

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 689 nəfər əhali yaşayır.

İqtisadiyyatı

redaktə

Kənd əhalisi əsasən əkinçilik və maldarlıqla məşğul olur.

Mədəniyyəti

redaktə

Məşhur Şadılı xalçaları Azərbaycanda Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu xalçalardır.

Təhsil

redaktə

Şadılı kənd tam orta məktəbi şəhid Cabbarov Rauf Fərrux oğlunun adını daşıyır.

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-23.
  3. ↑ Şadılı (Goranboy) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.

Həmçinin bax

redaktə
Goranboy rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şadılı_(Goranboy)&oldid=8143621"
LOVE.AZ