. Love.az

Sah Ismayil Sefevinin Tarixi Salname - Wikipedia - Love.az

Ana Səhifə - Sah Ismayil Sefevinin Tarixi Salname

"Şah İsmayıl Səfəvinin tarixi" (Farsca: تاریخ شاه اسماعیل صفوی) “Tarix-i şah İsmayıl-i Səfəvi”[1] - I Şah İsmayılın naməlum (adı bilinməyən) tarixçisi tərəfindən ədəbiyyatda şərti olaraq “Tarix-i şah İsmayıl-i Səfəvi” (“Şah İsmayıl Səfəvinin tarixi”) adını almış, I Şah İsmayılın həyatının salnaməsi yazılmışdır. Əsər I İsmayılın əcdadları haqqında qısa tarixi ekskursla başlanır, onun gəncliyində baş verən hadisələri işıqlandırır, Səfəvilər dövlətinin banisinin bütün şahlıq dövrünü əhatə edir və onun oğlu I Şah Təhmasibin Təbriz taxtına çıxması ilə başa çatır.

Əsər tam nəşr olunmamışdır. Yalnız I İsmayılın həyatının ilk illərinə (1499-cu ilədək) aid olan parçalar keçən yüzilliyin sonunda Denison Ross tərəfindən ingilis dilinə tərcümədə dərc olunmuşdur.

Salnamənin iki əlyazma nüsxəsi məlumdur: onlardan biri Londonda - Britaniya muzeyində, digəri isə Kembric Universitetinin kitabxanasında saxlanılır.

Mündəricat

  • 1 Mənbə
  • 2 İstinadlar
  • 3 Həmçinin bax
  • 4 Xarici keçidlər

Mənbə

redaktə
  • Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı, “Şərq-Qərb”, 2007

İstinadlar

redaktə
  1. ↑ "تاریخ شاه اسماعیل صفوی". 2011-10-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-13.

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şah_İsmayıl_Səfəvinin_tarixi_(salnamə)&oldid=7894250"
LOVE.AZ