. Love.az

Sah Ismayil Xetainin Heykeli - Wikipedia - Love.az

Ana Səhifə - Sah Ismayil Xetainin Heykeli

Şah İsmayıl Xətainin heykəli — Azərbaycanın paytaxtı Bakı şəhərində, Yusif Səfərov küçəsində yerləşən Şah İsmayıl Xətainin heykəli.[1]

Şah İsmayıl Xətainin heykəli
Xəritə
Ölkə  Azərbaycan
Yerləşir Bakı
Heykəltaraşlar İbrahim Zeynalov və Zakir Mehdiyev
Material tunc, qranit
Saxlanıldığı yer
  • Bakı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

redaktə

Heykəl 1993-cü ildə Bakıda ucaldılmışdır. Abidənin müəllifləri Azərbaycan heykəltaraşları, Azərbaycan SSR xalq rəssamı İbrahim Zeynalov və Zakir Mehdiyev, memarları isə P.Hüseynov, Q.Əliyev olub. Heykəl yüksək bədii-estetik dəyəri, plastik forma rəngarəngliyi və milli koloriti ilə seçilir. 2007-ci ilə Şah İsmayıl Xətai heykəlinin postamenti yenidən qurulmuş, abidə isə yenidən bərpa edilmişdir.[1]

2017-ci ildə yol təmirinə görə abidənin yerinin dəyişdirilməsi düşünülsə də, nəticə etibarilə təmir zamanı abidəyə toxunulmadı.[2]

2020-ci ildə isə heykəl Yusif Səfərov küçəsində Leyla Şıxlinskayanın klinikası ilə Mərkəzi Neftçilər Xəstəxanasının arasındakı əraziyə köçürüldü.[3]

İstinadlar

redaktə
  1. ↑ 1 2 "Şah İsmayıl Xətainin heykəli". kataloq.gomap.az. Archived from the original on 2023-04-16.
  2. ↑ ""Bakı heykəltaraşlıq şəhəri" – Xətai abidəsinin yaradılış tarixi". yenicag.az. Archived from the original on 2022-04-12.
  3. ↑ "Şah İsmayıl Xətainin heykəlinin yeri dəyişdirilib". konkret.az. 5 mart 2021 tarixində arxivləşdirilib.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şah_İsmayıl_Xətainin_heykəli&oldid=7032844"
LOVE.AZ