. Love.az

Sah Sultan I Selimin Qizi - Wikipedia - Love.az

Ana Səhifə - Sah Sultan I Selimin Qizi

Şah Sultan və ya Şahı-Huban (1507, Manisa – 1572, İstanbul) — I Səlim və Ayşə Hafsa Sultan qızı,[1] Qanuni Sultan Süleymanın bacısıdır. Uşaqlığını böyük qardaşı Süleyman ilə birlikdə Manisada keçirmişdir.

Şah Sultan
شاه سلطان
Şəxsi məlumatlar
Doğum tarixi 1509
Doğum yeri Manisa, Osmanlı imperiyası
Vəfat tarixi 1572
Vəfat yeri
  • İstanbul, Osmanlı imperiyası
Dəfn yeri
  • Yavuz Səlim Məscidi
Fəaliyyəti siyasətçi
Atası I Səlim
Anası Ayşe Hafsa Sultan
Həyat yoldaşı Çələbi Lütfi Paşa
Uşaqları Əsməhan Baharnaz Sultan, Nəslihan Sultan
Ailəsi Osmanlı xanədanı
Dini İslam
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: Şah Sultan.

Mündəricat

  • 1 Həyatı
  • 2 Dinə bağlılığı və vəfatı
  • 3 Populyar mədəniyyətdə yeri
  • 4 İstinadlar

Həyatı

redaktə

Şah Sultan sonradan 1539-cu ildə sədrəzəmlik vəzifəsinə gələn Lütfi Paşa ilə 1523-cü ildə evlənmişdir. Əri Lütfi Paşanın çox sərt və qatı ürəkli bir adam olduğu ifadə edilməkdədir. Yola getmədikləri üçün 1541-ci ildə boşanmış nəticədə əri sədrəzəmlik vəzifəsini itirmişdir.[2] 19 il davam edən bu evlilikdən Əsməhan Baharnaz Sultan və Nəslihan Sultan adında iki qız uşaqları dünyaya gəlmişdir.

Dinə bağlılığı və vəfatı

redaktə

Şah Sultanın Sümbüli təriqətinə mənsub olduğu və Qoca Mustafa Paşa Sümbüliyə zaviyəsinin Şeyxi Mərkəz Musa Müslihiddin Əl-Gərmiyaniyə mənsub olduğu məlumdur. Kimi qaynaqlarda da onun həm Mövləvi, həm də Mərkəz Əfəndinin müridəsi olduğu deyilməkdədir.[3][4] 1572-ci ildə vəfat etmişdir. 1556-cı ildə Memar Sinan tərəfindən tikilən Şah Sultan Məscidi onun adına tikilən əhəmiyyətli əsərlərdən biridir.[5]

Populyar mədəniyyətdə yeri

redaktə

2003 istehsalı Xürrəm Sultan serialında Yeliz Doğramacılar tərəfindən, 2011 istehsalı Möhtəşəm əsr serialında isə Dəniz Çakır tərəfindən canlandırılmışdır.

İstinadlar

redaktə
  1. ↑ The Imperial House of Osman — 4
  2. ↑ "Arxivlənmiş surət". 2013-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-14.
  3. ↑ "Arxivlənmiş surət". 2013-03-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-14.
  4. ↑ "Arxivlənmiş surət". 2013-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-14.
  5. ↑ "Arxivlənmiş surət". 2014-07-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-14.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şah_Sultan_(I_Səlimin_qızı)&oldid=7582996"
LOVE.AZ