. Love.az

Sahbaz Xuduoglu - Wikipedia - Love.az

Ana Səhifə - Sahbaz Xuduoglu

Şahbaz Xuduoğlu (24 iyun 1968) — naşir; tərcüməçi-yazar; "Qanun" nəşriyyatının direktoru; Elmar Hüseynov Fondunun həmtəsisçisi;[1] "Qanun" jurnalının baş redaktoru.[1]

Şahbaz Xuduoğlu
Doğum tarixi 24 iyun 1968(1968-06-24) (56 yaş)
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti tərcüməçi, naşir
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeni (Fransa)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı və fəaliyyəti
  • 2 Ailəsi
  • 3 Təltifləri
  • 4 Tərcümələri
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Həyatı və fəaliyyəti

redaktə

24 iyun 1968-ci ildə anadan olmuşdur.

Natiq Səfərov ilə birlikdə 1992-ci ildə "Qanun" jurnalını yaratmışdır.[2] Eyni vaxtda jurnalın redaksiyasının tərkibində "Qanun" nəşriyyatı da fəaliyyət göstərmişdir. "Qanun" nəşriyyatı ayrıca təşkilat kimi 1995-ci il 6 oktyabr tarixində qeydiyyatdan keçmişdir.

Hər iki təşkilatın təsisçisidir.

"Qanun" jurnalı elmi hüquq jürnalıdır. Ayda bir dəfə nəşr edilir.

"Qanun" Nəşriyyatı əvvəllər əsasən hüquq kitabları nəşr edirdi, 1995-ci ildən sonra bütün sahələrdə kitablar nəşr edir.

Ailəsi

redaktə

Sabir Rüstəmxanlının qardaşıdır. Şahbaz Xuduoğlu Qanun Nəşrlər Evinin sahibidir. O, Tənzilə Rüstəmxanlının bacısı Könül Rüstəmxanlı ilə evlənmişdir. Könül Rüstəmxanlı 2015-ci ildə yol qəzasında vəfat etmişdir.[3] Xuduoğlu ikinci dəfə Ali və Nino kitab mağazaları şəbəkəsinin təsisçisi Nigar Köçərli ilə evlənmişdir.

Təltifləri

redaktə

23 noyabr 2015-ci ildə Dalğa Gənclər Təşkilatının "Rafiq Tağı mükafatı"na layiq görülüb.[4]

2021-ci ildə Fransanın "İncəsənət və Ədəbiyyat" ordeninin (Ordre des Arts et des Lettres) "Cəngavər" rütbəsi ilə təltif edilmişdir.[5]

Tərcümələri

redaktə
  • Sergey Dovlatovun "Əcnəbi qadın" romanı[6]
  • John Boyne'un "Zolaqlı Pijamalı Oğlan" romanı

İstinadlar

redaktə
  1. ↑ 1 2 ELMAR HÜSEYNOV MÖVZUSU QAPANDI? musavat.com, 12.07.2011. (az.)
  2. ↑ Şahbaz Xuduoğlu: "Qardaşımın məsuliyyətini bölüşmək istəmirəm" Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine axar.az, 12.01.2014. (az.)
  3. ↑ modern.az. "Tənzilə Rüstəmxanlı qəzada ölən bacısından YAZDI: "Səndən başqa daha 5 bacı-qardaşım vardı, amma..."". modern.az (az.). 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-27.
  4. ↑ "Şərif Ağayara "Rafiq Tağı mükafatı" verildi" (az.). kulis.lent.az. 23.11.2015. 2015-11-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-23.
  5. ↑ 525-ci qəzet. "Şahbaz Xuduoğluna Fransanın "Cəngavər" ordeni təqdim olundu" (az.). 525-ci qəzet. 21.04.2022. 2022-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-24.
  6. ↑ Şahbaz Xuduoğlunun tərcüməsində "Əcnəbi qadın" Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine baymedia.az (az.)

Xarici keçidlər

redaktə
  • Şahbaz Xuduoğlunun bloqu
  • https://www.youtube.com/channel/UCSwGr-F_5c-8Iz8upF0L22w
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şahbaz_Xuduoğlu&oldid=7857876"
LOVE.AZ