. Love.az

Sahdag Gedebey - Wikipedia - Love.az

Ana Səhifə - Sahdag Gedebey
Bu adın digər istifadə formaları üçün bax: Şurakənd.
Bu adın digər istifadə formaları üçün bax: Şahdağ (dəqiqləşdirmə).

Şahdağ (əvvəlki adı: Şurakənd) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Şahdağ kənd inzibati ərazi dairəsində kənd.[1] 1 sentyabr 2004-cü il tarixli 727-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Gədəbəy rayonunun Şurakənd kənd inzibati ərazi dairəsi tərkibindəki Şurakənd kəndi Şahdağ kəndi, Şurakənd kənd inzibati ərazi dairəsi Şahdağ kənd inzibati ərazi dairəsi adlandırılmışdır.[2]

Şahdağ
40°32′47″ şm. e. 45°35′03″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Şahdağ xəritədə
Şahdağ
Şahdağ

Mündəricat

  • 1 Toponimikası
  • 2 Coğrafiyası və iqlimi
  • 3 Əhalisi
  • 4 İqtisadiyyatı
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər
  • 7 Həmçinin bax

Toponimikası

redaktə

Yaşayış məntəqəsini 1920-ci illərdə qonşu Əyrivəng kəndindən köçmüş ailələr Təzə Əyrivəng adı ilə salmışlar. 1928-ci ildə Azərbaycanda sovet (şura) hakimiyyətinin qurulması şərəfinə Şurakənd adlandırılmışdır. Yerli əhali arasında Sovetabad adı ilə tanınmışdır.[3] Kəndin əvvəlki adı olan Şurakənd sovet dövründə qoyulmuş, rus dilindəki "sovet" sözünün Azərbaycan dilinə "şura" şəklində tərcümə edilməsi ilə əmələ gəlmişdi. Kəndin adı rəsmi olaraq 1 sentyabr 2004-cü ildə Şahdağ şəklində dəyişdirilmişdir. Gədəbəy rayonunda "Şurakənd" adında bir başqa kənd də mövcud olmuşdur və həmin kəndin də adı 1 sentyabr 2004-cü ildə dəyişdirilərək Günəşli adlandırılmışdır.

Coğrafiyası və iqlimi

redaktə

Kənd dağətəyi ərazidə yerləşir.[3]

Əhalisi

redaktə

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1084 nəfər əhali yaşayır.[4]

İqtisadiyyatı

redaktə

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. ↑ "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında 1 sentyabr 2004-cü il tarixli 727-IIQ saylı Azərbaycan Respublikasının Qanunu". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  3. ↑ 1 2 Şahdağ (Gədəbəy) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  4. ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Xarici keçidlər

redaktə
  • Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti

Həmçinin bax

redaktə
Gədəbəy rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şahdağ_(Gədəbəy)&oldid=8143560"
LOVE.AZ