. Love.az

Sahin Mirzeyev - Wikipedia - Love.az

Ana Səhifə - Sahin Mirzeyev

Şahin Əyyub oğlu Mirzəyev (16 aprel 1968, Naxçıvan rayonu) — Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri (2023-cü ildən), general-mayor (2023).

Şahin Mirzəyev
Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri
Vəzifədədir
17 yanvar 2023-cü ildən
ƏvvəlkiŞamı Abdullayev
Şəxsi məlumatlar
Doğum tarixi 16 aprel 1968(1968-04-16) (57 yaş)
Doğum yeri
  • Naxçıvan rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Azərbaycan Texniki Universiteti
Rütbəsi
General-mayor

Təltifləri "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005–2010)" yubiley medalı "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005–2015)" yubiley medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı

Həyatı

redaktə

Şahin Əyyub oğlu Mirzəyev 16 aprel 1968-ci ildə hazırkı Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Azərbaycan Texniki Universitetini bitirib.[1]

Şahin Mirzəyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 17 yanvar 2023-cü il tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri təyin edilib.[2]

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən Şahin Mirzəyevə general-mayor ali hərbi rütbəsi verilib.[3]

Ailəlidir, 2 övladı var.

İstinadlar

redaktə
  1. ↑ "Mirzəyev Şahin Əyyub oğlu". fhn.gov.az. 2024-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-07.
  2. ↑ "Naxçıvan Muxtar Respublikasına yeni fövqəladə hallar naziri təyin olunub". serqqapisi.gov.az. 2023-01-17. İstifadə tarixi: 2024-04-07.
  3. ↑ Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (PDF) // Xalq qəzeti. № 275 (30391). 16 dekabr 2023. S. 2. 2024-04-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-07.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şahin_Mirzəyev&oldid=7581769"
LOVE.AZ