Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Şahmərdan Əliyev (tam adı: Şahmərdan Ramazan oğlu Əliyev) – kimyaçı alim, Milli Elmlər Akademiyasının akademik Ə. M. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru "Mühafizəedici aşqarlar" laboratoriyasının işçisi.
Şahmərdan Əliyev | |
---|---|
Şahmərdan Ramazan oğlu Əliyev | |
Doğum tarixi | (83 yaş) |
Doğum yeri | Tiflis, Gürcüstan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya üzrə fəlsəfə doktoru |
Elmi adı | böyük elmi işçi |
İş yeri | Aşqarlar Kimyası İnstitutunda aparıcı elmi işçi |
ica.az |
Əliyev Şahmərdan Ramazan oğlu 1942-ci ilin mart ayının 5-də Gürcüstan Respublikasının Tiflis şəhərində anadan olub. 1950-ci ildə Gürcüstan Respublikasının Qardabani rayonunun Ağtəhlə kəndində yeddiillik məktəbin birinci sinfinə daxil olub, sonra təhsilini Qaracalar orta məktəbində davam etdirərək oranı 1960-cı ildə bitirib. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olub, 1967-ci ildə Universiteti bitirib. 1971-ci ildə AMEA Aşqarlar Kimyası İnstitutunda aspiranturaya daxil olub və 1977-ci ildə "Hidroksialkiltiofenolların N-, S-, P- saxlayan törəmələrinin sintezi və onların sürtkü yağlarına aşqarlar kimi tədqiqi " mövzusunda dissertasiya müdafiə edərək, kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. O, aspiranturanı bitirdikdən sonra mühəndislikdən böyük elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. 2003-ü ildə "Mühafizəedici aşqarlar" laboratoriyasında aparıcı elmi işçi vəzifəsinə təyin edilib və hal-hazırda həmin vəzifədə çalışır.
Əliyev Şahmərdan Ramazan oğlu "Mühafizəedici aşqarlar" laboratoriyasında mühafizəedici aşqarların sintezinin elmı əsaslarının işlənib hazırlanmasında həmmüəllif kimi iştirak edir. O, tərkibində N- və S- saxlayan yüksək təsirli yeni birləşmələr sintez edir və onları yağlara aşqar kimi tədqiq edir. Onun biləvasitə iştirakı ilə laboratoriyada AzK-18 konservasiya yağı yaradılmış və uzun illər Bakı Yastıq zavodunda tətbiq edilmişdir.
Şahmərdan Əliyev 100-dən çox elmi əsərin, o cümlədən 38 məqalə, 46 məruzələrin tezisləri, 17 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir.
Мовсумов Ф. М. Способ экстракционного извлечения рения //Авторское св-во СССР,№ 869220,1981
№ 908786,1981
Şahmərdan Əliyev çox sayda Beynəlxalq konfranslarda məruzə ilə çıxış etmişdir.
Насирова Ф. Н. Синтез и изучение механизма антиокислительного действия фенолсульфидов //Доклады II Международного симпозиума "Исследование механизма действии присадок" Галле,1976
Х Международная конференция по химии органических и элементноорганических пероксидов. Москва,1998,стр.49
Азометинсульфиды в качестве защитных присадок к смазочным маслам // Тезисы докладов IV Бакинская Международная Мамедалиевская Нефтехимическая конференция,2000.с.153. ИНХП-2000.
Onun rəhbərliyi ilə 2 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir.
Magistraturda təhsil alan tələbələrə "Dərinləşdirilmiş üzvi kimya"dan mühazirə oxuyur.
Şahmərdan Əliyev D. J. Mendeleyev adına Ümumittifaq kimya Cəmiyyətinin mükafatına və eləcə də 2014-cü və 2018-ci illərdə Azərbaycan Respublikasının Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan ixtiraçılıq sahəsində nailiyyətlərə görə "İlin patenti" nominasiyası üzrə Respublika Müsabiqəsində 3-cü dərəcəli diplomlara layiq görülmüşdür.