. Love.az

Sahmar Mahrizli - Wikipedia - Love.az

Ana Səhifə - Sahmar Mahrizli

Şahmar Mahrızlı (1 may 1954, Mahrızlı, Ağdam rayonu) – həkim, şair, "Qızıl qələm" media mükafatı laureatı.

Şahmar Mahrızlı
Məmmədov Şahmar Hüseynalı oğlu
Doğum tarixi 1 may 1954(1954-05-01) (71 yaş)
Doğum yeri
  • Mahrızlı, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti şair, həkim
Mükafatları

Həyatı

redaktə

Məmmədov Şahmar Hüseynalı oğlu 1 may 1954-cü ildə Ağdam rayonunun Mahrızlı kəndində dünyaya gəlib.

1961-ci ildə Mahrızlı kənd orta məktəbinin I sinfinə qədəm qoymuş və 1971-ci ildə həmin orta məktəbi bitirmişdir.

O, 1978-ci ildə indiki Azərbaycan Tibb Universitetini bitirib.

1978–1990-cı illərdə Rusiyanın Tver vilayətində həkim işləyib.

1990-cı ildən Bakı şəhərindəki 8 №-li poliklinikada iynərefleksterapevt işləyir.

Şahmar Məmmədov eyni zamanda şairdir, "Qızıl qələm" media mükafatı laureatıdır.[1]

İstinadlar

redaktə
  1. ↑ Tacir Səmimi, "Könül dünyasından yarpaqlar", Bütöv Azərbaycan qəzeti, 2011.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şahmar_Mahrızlı&oldid=6823527"
LOVE.AZ