. Love.az

Sahrux Xanin Aldigi Mukafatlarin Ve Nominasiyalarin Siyahisi - Wikipedia - Love.az

Ana Səhifə - Sahrux Xanin Aldigi Mukafatlarin Ve Nominasiyalarin Siyahisi

Şahrux Xan (2 noyabr 1965) ən çox hallarda Shah Rukh Khan, rəsmi olaraq isə SRK kimi göstərilən məşhur hind aktyorudur. "Bollivudun Kralı" kimi tanınan aktyor 70-dən çox hind filmində yer almışdır. O karyerasına 1980-ci illərin sonlarında çəkildiyi bir neçə televiziya serialı ilə başladı. Film karyerasında isə debütü "Dəlisov məhəbbət" (1992) filmində olmuşdur və bu filmdəki roluna görə Filmfare Ən Yaxşı Debüt Mükafatı'na layiq görülmüşdür. Növbəti illərdə o tənqidçilər tərəfindən bəyənilən detektiv janrında olan "Qumarbaz" filmində rol aldı və bu filmdəki roluna görə ilk Filmfare Ən Yaxşı Aktyor Mükafatını qazandı. Xan 15 dəfə Filmfare Mükafatlarına layiq görülmüşdür ki, bunlardan 8-ni Filmfare Ən Yaxşı Aktyor kateqoriyası üzrə almışdır, bununla da Dilip Kumar ilə ən yüksək nəticəni göstərir. O həmçinin "The Star of the Decade Award (Bu Onilliyin Mükafatı Ulduzu)" daxil olmaqla 6 dəfə IIFA Mükafatına, 8 dəfə Zee Cine Mükafatları və bunlardan 6-na Ən Yaxşı Aktyor (həmçinin rekord) kateqoriyası üzrə, 13 dəfə Star Screen Mükafatlarına, 3 dəfə Bollivud Film Mükafatına, 2 dəfə Qlobal Hind Film Mükafatına və Asiya Film Mükafatlarının Ən Yaxşı Aktyor kateqoriyası üzrə bir çox mükafatlarına və nominasiyalarına layiq görülmüşdür.

Şahrux Xan (2008)

Xan 1997-ci ildə bir çox milli və beynəlxalq mükafatlar sırasında olan Ən Yaxşı Hindistan Vətəndaşı Mükafatına,[1] 2005-ci ildə isə Padma Şri, Hindistan Hökuməti tərəfindən verilən Hindistanın dördüncü ən yüksək mülki mükafatına layiq görülüb.[2] O həmçinin 2002-ci ildə "Əyləncə Sahəsində Mükəmməllik" nailiyyətlərinə görə Raciv Qandi Mükafatını alıb. 2007-ci ilin aprel ayında aktyorun Londonda yerləşən Madame Tussauds Mum Muzeyində yaşam ölçülərində mum heykəli quraşdırılmışdır. Honk Konq və Nyu Yorkda da heykəlləri vardır.[3][4] Digər bir heykəl eyni ildə Parisdə Qrevin Muzeyində quraşdırılıb.[5] Həmin illər ərzində Fransa hökuməti tərəfindən "inanılmaz karyerasına" görə İncəsənət və Ədəbiyyat Ordeni ilə mükafatlandırılıb.[6] Eyni ildə Xan Datuk adını daşıyan Darjah Mulia Seri Melaka (oxşar olaraq İngilis cəngavərlərində "Ser") adı ilə təltif edilmişdir.[7] O həmçinin 2009-cu ildə Britaniyanın Bedfordşir Universiteti tərəfindən incəsənət və mədəniyyət sahəsinin fəxri doktoru adına layiq görülmüşdür.[8]

Mündəricat

  • 1 Ümumilli uğurları
  • 2 Böyük mükafatlar
    • 2.1 Filmfare Mükafatları
  • 3 İstinadlar

Ümumilli uğurları

redaktə
  • 1997 — Ən Yaxşı Hindistan Vətəndaşı Mükafatı[1]
  • 2002 — Əyləncə Sahəsində Mükəmməllik nailiyyətlərinə görə Raciv Qandi Mükafatı
  • 2005 — Padma Şri, Hindistan Hökuməti tərəfindən verilən Hindistanın dördüncü ən yüksək mülki mükafatı

Böyük mükafatlar

redaktə

Filmfare Mükafatları

redaktə

Filmfare Mükafatları hər il Hindistanın Hind dilli film sənayesində həm artistik, həm də texniki mükəmməllik peşəkarlarına təqdim olunan mükafatdır. Mərasim ilk dəfə 1954-cü ildə təşkil olunub və Hindistanda ən gözəl Hind filmlərinə təqdim olunan ən qədim və məşhur mərasimlərdən biridir. Filmfare Mükafatları bir çox hallarda Oskar mükafatı'nın Hindistanda ekvivalenti kimi göstərilir. Xan 15 mükafat alıb, bunlardan 8-nə Ən Yaxşı Aktyor kateqoriyasında layiq görülüb (Dilip Kumar ilə ortaq nəticə). 30 nominasiya içərisində İsveçrə konsulluğunun təqdim etdiyi xüsusi mükafat da vardır.

İl Kateqoriya Film və filmin orijinal adı Nəticə
1993 Ən Yaxşı Debüt Dəlisov məhəbbət — Deewana Qazandı
1994 Ən Yaxşı Aktyor Qumarbaz — Baazigar
Ən Yaxşı Aktyor Bəzən hə, bəzən yox — Kabhi Haan Kabhi Naa Namizəd
Ən Yaxşı Performans üzrə Tənqidçilər Mükafatı Qazandı
Ən Yaxşı Mənfi Obraz Qorxu — Darr Namizəd
1995 Ən Yaxşı Mənfi Obraz Nəticə — Anjaam Qazandı
1996 Ən Yaxşı Aktyor Cəsur ürək gəlini alar — Dilwale Dulhania Le Jayenge
1998 Ən Yaxşı Aktyor Dəli ürək — Dil To Pagal Hai
Ən Yaxşı Aktyor Bəli boss — Yes Boss Namizəd
1999 Ən Yaxşı Aktyor Nə isə baş verir — Kuch Kuch Hota Hai Qazandı
Ən Yaxşı Mənfi Obraz İki oxşar adam — Duplicate Namizəd
2000 Ən Yaxşı Komediya Rolu Padşah — Baadshah
2001 Ən Yaxşı Aktyor Aşiqlər — Mohabbatein
Ən Yaxşı Aktyor üzrə Tənqidçilər Mükafatı Qazandı
2002 Ən Yaxşı Aktyor Bəzən sevincdə, bəzən kədərdə — Kabhi Khushi Kabhie Gham Namizəd
Ən Yaxşı Film Asoka — Asoka
2003 Ən Yaxşı Aktyor Devdas — Devdas Qazandı
2004 Ən Yaxşı Aktyor Sabah açılacaq, yoxsa yox? — Kal Ho Naa Ho Namizəd
2005 Ən Yaxşı Aktyor Vətən — Swades Qazandı
Ən Yaxşı Aktyor Vir və Zara Namizəd
Ən Yaxşı Aktyor Mən yanındayam
Ən Yaxşı Film
2007 Ən Yaxşı Aktyor Kabhi Alvida Naa Kehna
Ən Yaxşı Aktyor Don
2008 Ən Yaxşı Aktyor İrəli, Hindistan Qazandı
Ən Yaxşı Aktyor Om Şanti Om Namizəd
Ən Yaxşı Film
2009 Ən Yaxşı Aktyor Bu cütlüyü Tanrı yaradıb
2011 Ən Yaxşı Aktyor Mənim adım Xandır Qazandı
Ən Yaxşı Film Namizəd
2012 Ən Yaxşı Aktyor Don 2
Ən Yaxşı Film

İstinadlar

redaktə
  1. ↑ 1 2 "Cinema unplugged, music unleashed". Indian Express. 2008-01-17. İstifadə tarixi: 2012-01-19.
  2. ↑ Pg.261 – Indian Affairs Annual, Volume 2 :by Mahendra Gaur. Books.google.co.in. 2 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 June 2011.
  3. ↑ "Bolywood Star Shahrukh Khan". Madametussauds.com. 21 July 2010. 26 September 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 September 2010.
  4. ↑ "Shah Rukh Khan's wax figure to enter Maddam Tussauds New York". Dnaindia.com. 11 August 2010. 27 September 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 September 2010.
  5. ↑ "Shah Rukh Khan Now Live At Madame Tussauds". 2009-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-12-16.
  6. ↑ "Shah Rukh Khan to be honoured by French Govt". Indiafm.com. 21 June 2007. 24 August 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 September 2010.
  7. ↑ "Shah Rukh to accept Malaysian Datukship in person". Zee News. 21 October 2008. İstifadə tarixi: 23 October 2008.[ölü keçid]
  8. ↑ "London calling Dr Shah Rukh!". Timesofindia.indiatimes.com. 28 June 2009. 1 July 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 September 2010. (#invalid_param_val)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şahrux_Xanın_aldığı_mükafatların_və_nominasiyaların_siyahısı&oldid=7253277"
LOVE.AZ