. Love.az

Sahveled Cobanoglu - Wikipedia - Love.az

Ana Səhifə - Sahveled Cobanoglu
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir.
Səhifəyə yenilənmiş məlumatlar əlavə etməklə Vikipediyanı zənginləşdirməyə kömək edə bilərsiniz.

Şahvələd Çobanoğlu — azərbaycanlı jurnalist[1], redaktor, köşə yazarı.

Şahvələd Çobanoğlu
Doğum tarixi 1969
Doğum yeri
  • Cil, Krasnoselsk rayonu, Ermənistan SSR, SSRİ
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti jurnalist

Həyatı

redaktə

Şahvələd Çobanoğlu 1969-cu ildə Göyçə mahalının Cil kəndində anadan olub[2].

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

"7 gün", "Azərbaycan" qəzetlərinin müxbiri, "Hürriyyət", "Günaydın" qəzetlərinin baş redaktoru, "Gündəlik Azərbaycan" qəzetinin şef-redaktoru[3] olub.

Hazırda köşə yazarı kimi sərbəst jurnalist fəaliyyəti göstərir.

2010-cu ildə Almaniyanın "Zite-Ştivtunq" və Norveçin "Azad söz" fondlarının təsis etdiyi Gerd Buserius adına "Şərqi Avropada Söz Azadlığı" mükafatı ilə təltif olunub.

İstinadlar

redaktə
  1. ↑ Şahvələd Çobanoğlunun anası vəfat etdi. gunxeber.com saytı[ölü keçid]
  2. ↑ Şahvələd Çobanoğlu: "Nəyə görə mən yaxşı yaşamaq üçün oğru olmalıyam, yaltaq olmalıyam, yalan danışmalıyam?". mediaforum.az saytı[ölü keçid]
  3. ↑ "Şahvələd Çobanoğlu Fətullayevin təşkilatında olmayacaq". musavat.com. 2023-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-25.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şahvələd_Çobanoğlu&oldid=7349734"
LOVE.AZ