Şahverdili — Azərbaycan Respublikasının İmişli rayonunun Göbəktala kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Rəsullu kənd Sovetinin Şahverdili kəndi Göbəktala kənd Sovetinin tərkibinə verilmişdir.[2]
Şahverdili | |
---|---|
39°47′49″ şm. e. 47°59′13″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 5 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Xəritəni göstər/gizlə
|
Keçmiş adı Ərəbşahverdilli olmuşdur. Oykonim Şirvanda yaşamış eyni adlı ərəb tayfasının adı ilə bağlıdır.[3]
Kənd əvvəllər Araz çayı sahilində, Qaradonlu kəndi yaxınlığında idi. 1946-cı ildə Araz çayının daşması ilə əlaqədar olaraq kənd indiki yerində məskunlaşmışdır.
Kənd əhalisinin sayı 1433 nəfərdir ki, onun da 715 nəfəri kişi, 718 nəfəri isə qadındır.
Kənddə "Əhli–beyt" məscidi dini icması fəaliyyət göstərir.[4]
İmişli rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |