. Love.az

Sahzade Aleksandr Iii Leopoldun Oglu - Wikipedia - Love.az

Ana Səhifə - Sahzade Aleksandr Iii Leopoldun Oglu

Şahzadə Aleksandr Emanuel Henri Albert Mari Leopold (fr. Alexandre Emmanuel Henri Albert Marie Léopold de Belgique; 18 iyul 1942[1], Laken sarayı[d][1] – 29 noyabr 2009[2][1]) — Belçika kralı III Leopoldun ikinci evliliyindən doğulan oğlu, Belçika şahzadəsi. Kralın gizli evliliyindən dünyaya gəlməsi səbəbilə, şahzadə titulu daşımasına baxmayaraq Belçika taxt-tacından məhrum edilmişdir.

Şahzadə Aleksandr
Şəxsi məlumatlar
Doğum tarixi 18 iyul 1942(1942-07-18)[1]
Doğum yeri
  • Laken sarayı[d], Brüssel, Belçika[1]
Vəfat tarixi 29 noyabr 2009(2009-11-29)[2][1] (67 yaşında)
Vəfat səbəbi ağciyər arteriyasının tromboembolizmi[1]
Fəaliyyəti əsilzadə
Atası III Leopold[1][3]
Anası Mariya Lilyan Bael[1][3]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

18 iyul 1942-ci ildə Laykendə dünyaya gəldi. Atası Belçika kralı III Leopold, anası isə onun gizlicə evləndiyi ikinci xanımı Mariya Lilyan Baeldir. Vəftiz anası isə ögey bacısı olan Jozefina-Şarlottadır. Uşaqlığının ilk illəri ağır keçdi. Belə ki, ölkənin nasistlər tərəfindən işağl edilməsinin ardından ailəsiylə birlikdə göz altına alındılar. 1944-cü ildə baş tutan Normandiya əməliyyatından sonra isə ailəsiylə birlikdə alınaraq Saksoniyadakı malikanələrin birinə həbs edildilər. 1945-ci ildə amerikalılar tərəfindən azadlığa buraxılsalar da, ölkəyə dönmələri 1950-ci ildə keçirilən referendumdan sonra gerçəkləşdi. Çox keçmədən isə atası III Leopold, ilk evliliyindən doğulan böyük oğlu Boduenin lehinə taxtdan çəkildi.

Valideynlərinin gizlicə evlənməsi səbəbilə Aleksandr və ondan sonra dünyaya gələn 2 bacısı kralın rəsmi övladları olaraq qəbul edilsələr də, Belçika taxt-tacından məhrum edildilər. Doğuşdan etibarən ciddi ürək çatışmazlığı olan Aleksandr ABŞ-da əməliyyat olundu. 14 mart 1991-ci ildə Böyük Britaniyanın Suffolk əyalətində, daha öncə 2 dəfə evlənmiş polyak əsilli Lea Uolmanla nigahlandı. Anasının buna etiraz etməsindən çəkindiyi üçün evlilik 1998-ci ilədək gizli tutuldu. Xanımının öncəki evliliklərindən 2 övladı olsa da, cütlüyün bu nigahdan uşağı olmadı.

29 noyabr 2009-cu ildə ağciyər arteriyasının tromboembolizmi səbəbilə Belçikada vəfat etdi. 4 dekabrda tərtib olunan cənazə mərasiminin ardından cənazəsi Laykendəki ailə məzarlığına dəfn olundu.

Mənbə

redaktə
  • Séguy, Philippe (2008-04-29). "Léa de Belgique: Il faut en finir avec le malheur". Point de Vue (in French): 18–21
  • "A wife loved by a king but not her people". The Sydney Morning Herald. 20 June 2002
  • "H R H Princess Liliane of Belgium". The Daily Telegraph. 10 June 2002
  • Geais, Pierrick (12 February 2021). "L'histoire d'amour du roi Léopold III qui a scandalisé la Belgique". Vanity Fair (in French)

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 9 Lundy D. R. Alexandre Emmanuel de Belgique, Prince de Belgique // The Peerage (ing.).
  2. ↑ 1 2 http://www.telegraph.co.uk/news/obituaries/royalty-obituaries/6835065/HRH-Prince-Alexandre-of-the-Belgians.html.
  3. ↑ 1 2 The Royal Family: History - King Leopold III.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şahzadə_Aleksandr_(III_Leopoldun_oğlu)&oldid=7762981"
LOVE.AZ