Şahzadə Karl Edvard (alm. Prince Leopold Charles Edward George Albert von Sachsen-Coburg und Gotha; 19 iyul 1884[1][2] – 6 mart 1954[1][2], Koburq, Almaniya Federativ Respublikası) — IV və son Saksen-Koburq-Qota hersoqu.
Şahzadə Karl Edvard | |
---|---|
alm. Carl Eduard, Herzog von Sachsen-Coburg und Gotha | |
![]() | |
30 iyul 1900 – 14 noyabr 1918 | |
Əvvəlki | Şahzadə Alfred |
Sonrakı | monarxiya ləğv edildi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 iyul 1884(1884-07-19)[1][2] |
Vəfat tarixi | 6 mart 1954(1954-03-06)[1][2] (69 yaşında) |
Vəfat yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Ailəsi | Saksen-Koburq-Qot sülaləsi |
Dini | lüteranlıq |
Hərbi xidmət | |
Döyüşlər | |
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() ![]() |
![]() |
Sonrakı illərindən Faşist Almaniyasında bir çox vəzifədə xidmət etdi və Alman hökuməti üçün qeyri-rəsmi diplomat kimi çalışdı. Atası Kraliça Viktoriya və Konsort-şahzadə Albertin dördüncü oğlu Şahzadə Leopolddur və oğlunun doğumundan 4 ay öncə vəfat etdi. 1899-cu ildə əmisi oğlu Şahzadə Alfredin intiharından sonra Saksen-Koburq-Qota taxt-tacının vəliəhdi seçildi. Bu tarixdən etibarən Almaniyaya göndərilən Karl Edvard burada bibisi oğlu olan Alman imperatoru II Vilhelmin rəhbərliyində təlim-tərbiyə edildi. İngilis olmasına baxmayaraq, Birinci Dünya müharibəsində Almaniyanı dəstəklədi. Nəticədə digər alman şahzadələri kimi taxtdan endirildi və İngiltərəyə qarşı döyüşdüyü üçün ata şəcərəsindən gələn bütün ünvanlarını itirdi.
1930-cu illərin əvvəlində Almaniyada yüksələn Nasizm cərəyanına qoşuldu və 1933-cü ildə partiya sıralarına qatıldı. İkinci Dünya müharibəsi illərində Nasist Almaniyası üçün çalışdı. Müharibənin ardından bir müddət həbs edildi və 1954-cü ildə xərçəng xəstəliyi səbəbilə vəfat etdi.