Şalıbulaq — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad rayonunda kənd.[1]
Kənd | |
Şalıbulaq | |
---|---|
40°05′ şm. e. 43°45′ ş. u.HGYO | |
Ölkə |
![]() |
Region | Sərdarabad mahalı |
Rayon | Sərdarabad rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
Xəritəni göstər/gizlə
|
Rayon mərkəzindən 9km cənub-qərbdə, Araz çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.[2]
Erməni mənbələrində Şavarud kimi yazılır.[3]
Toponim fars dilində «qaya, möhkəm, bərk» mənasında işlənən şah sözündən[4] və Azərbaycan dilində «möhkəmləndirilmiş kənd, qala» mənasında işlənən var sözünə[5] -ud şəkilçisinin qoşulmasından əmələ gəlmişdir. Relyef əsasında yaranmış mürəkkəb quruluşlu toponimdir.
Erm. SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə adı dəyişdirilib Uşakert qoyulmuşdur.
Kənddə 1831-ci ildə 59 nəfər, 1873 - cü ildə 72 nəfər, 1886-cı ildə 116 nəfər, 1897-ci ildə 153 nəfər, 1908-ci ildə 96 nəfər, 1914 - cü il də 128 nəfər, 1916-cı ildə 132 nəfər yalnız azərbaycanlı yaşamışdır[6].
1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 108 nəfər, 1926-cı ildə 106 nəfər, 1931-ci ildə 96 nəfər yalnız azərbaycanlı yaşamışdır[7].
SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kəndin sakinləri olan azərbaycanlılar 1948-1949 cu illərdə zorla tarixi-etnik torpaqlarından Azərbaycana deportasiya olunmuşdur. Kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndi ermənilər yaşayır.