Şamil Yavər oğlu Əliyev (26 iyun 1960, Bakı) — Azərbaycan kinorejissoru və ssenaristi.
Şamil Əliyev | |
---|---|
Şamil Yavər oğlu Əliyev | |
Doğum tarixi | (64 yaş) |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
![]() ![]() |
Fəaliyyəti | rejissor |
Fəaliyyət illəri | 1990-cı ildən |
Təhsili | |
Mükafatları |
![]() |
IMDb | ID2928823 |
Şamil Əliyev 26 iyun 1960-cı ildə anadan olub. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb (1984–1989). 1990-cı ildən "Azərbaycanfilm" kinostudiyasında və bir neçə tv kanalında çalışıb. "Vətən sərhəddən başlayır" (2004, 30`, BTC), "Bakı Avropa Liseyi – İstedadlar Planeti" (2005, 30`, BTC) sənədli filmlərini çəkib. Azərbaycan kinematoqrafiyası haqqında ilk ensiklopedik saytı (http://www.cinema.aznet.org) işləyib hazırlayıb. 2008-ci ildən "Nurfilm" studiyasının təsisçisi və rəhbəridir.
2013-cü ilin mayında "Çölçü" filminə görə "Humay" milli mükafatına layiq görülmüşdür[1]. 1 avqust 2018-ci ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[2]