. Love.az

Samil Fetullayev - Wikipedia - Love.az

Ana Səhifə - Samil Fetullayev

Şamil Seyfulla oğlu Fətullayev (24 dekabr 1928 və ya 1928[1], Dərbənd, Dağıstan MSSR – 9 mart 2015, Bakı) — Azərbaycan-sovet memarı, memarlıq elmləri doktoru, professoru, AMEA-nın həqiqi üzvü (akademik) (2014)[2], Azərbaycan SSR əməkdar arxitektoru (1979), Azərbaycan Memarlar İttifaqının üzvü (1965).

Şamil Fətullayev
Şəxsi məlumatlar
Doğum tarixi 24 dekabr 1928(1928-12-24) və ya 1928[1]
Doğum yeri
  • Dərbənd, Dərbənd rayonu, Dağıstan MSSR, RSFSR, SSRİ
Vəfat tarixi 9 mart 2015(2015-03-09)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vətəndaşlığı
  •  SSRİ
  •  Azərbaycan
Təhsili
  • Azərbaycan Texniki Universiteti
İşləri və nailiyyətləri
Mükafatları
"Azərbaycan SSR əməkdar arxitektoru" fəxri adı — 1979 Azərbaycan SSR Dövlət mükafatı — 19881988
"Şöhrət" ordeni — 20002000 "Şərəf nişanı" ordeni — 19861986 "Əmək veteranı" medalı — 19891989

Mündəricat

  • 1 Bioqrafiya
  • 2 Təltif və mükafatları
  • 3 Əsərləri
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Bioqrafiya

redaktə

Şamil Seyfulla oğlu Fətullayev-Fiqarov 24 dekabr 1928-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Politexnik institutunun memarlıq-inşaat fakültəsini bitirmişdir. 1956-cı ildə AMEA-nın "Memarlıq və İncəsənət İnstitutu" nun aspirantı olmuş, 1963-cü ildə namizədlik, 1980-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1990-cı ildə professor adını almışdır. 10 mart 2015-ci ildə Bakı şəhərində vəfat edib.

Təltif və mükafatları

redaktə
  • Azərbaycan SSR Dövlət mükafatı — 26 aprel 1988 ("XIX əsr və XX əsrin əvvəlində Azərbaycanda şəhər tikintisi və memarlığı" kitabı üçün)
  • "Şərəf nişanı" ordeni — 1986
  • "Əmək veteranı" medalı — 25 aprel 1989
  • "Azərbaycan SSR əməkdar arxitektoru" fəxri adı — 5 dekabr 1979
  • "Şöhrət" ordeni — 19 aprel 2000
  • İAAEC arxitekturanın inkişafı sahəsindəki nailiyyətlərinə görə diplom — 16 yanvar 1999
  • Dizayn və memarlıq üzrə "Memarlıq mükafatı − 2005" diplomu
  • Polşanın qızıl medalı — 2008

Əsərləri

redaktə
  • "Архитектура жилых домов Баку ХIХ-ХХ вв.",
  • "Градостроительство Баку ХIХ – начала ХХ веков", Ленингра́д, "Стройиздат", 1978. 216 ст.
  • "XIX-XX əsrin əvvəlləri Bakının şəhərsalma memarlığı (1978)".
  • "XIX-XX əsrin əvvəlləri Azərbaycanın şəhərsalma və memarlığı (1986)".
  • "Azərbaycan məscidləri(1996)".
  • "İran şəhərləri Qacarlar dövründə(Tehran — 2000)".
  • "Bakının Memarlıq ensiklopediyası(1998)".
  • "Abşeron memarlığı(2003)".
  • "Memar-Məşədi Mirzə Qafar İzmaylov (2013)".
  • Abşeron memarlığı, Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2013, 476 səh.[3]
  • Bakının Memarlıq Ensiklopediyası, Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2013, 528 səh.[3]
  • 19–20-ci əsrin əvəllərində Azərbaycanda şəhərsalma və memarlıq, Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2013, 480 səh.[3]
  • Bakıda şəhərsalma – 19-cu əsr və 20-ci əsrin əvəllərində, Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2013, 340 səh.[3]
  • Bakı memarları 19-cu əsrin sonu – 20-ci əsrin əvvəlində, Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2013, 356 səh.[3]

İstinadlar

redaktə
  1. ↑ 1 2 Deutsche Nationalbibliothek Record #156592274 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. ↑ "Arxivlənmiş surət". 2014-08-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-04.
  3. ↑ 1 2 3 4 5 "Azərbaycan mədəniyyəti kitabxanası: Memarlıq" (az.). 1001kitab.az. 2014. 2014-11-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-03.

Xarici keçidlər

redaktə
  • Fətullayev-Fiqarov Şamil Seyfulla oğlu
  • Sevda İsmayıllı. "Şamil Fətullayev: «Bakıya mənim gözlərimlə baxın»". Azadlıq Radiosu (az.). azadliq.mobi. 18.11.2009. İstifadə tarixi: 2014-10-10.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şamil_Fətullayev&oldid=7852245"
LOVE.AZ