. Love.az

Samli Qebele - Wikipedia - Love.az

Ana Səhifə - Samli Qebele

Şamlı — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.

Şamlı
40°50′53″ şm. e. 47°42′55″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Qəbələ rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Şamlı xəritədə
Şamlı
Şamlı

Mündəricat

  • 1 Tarixi
  • 2 Toponimikası
  • 3 İqtisadiyyatı
  • 4 Coğrafiyası və iqlimi
  • 5 Əhalisi
  • 6 Görkəmli Şəxsləri
  • 7 Həmçinin bax
  • 8 Mənbə
  • 9 İstinadlar
  • 10 Xarici keçidlər

Tarixi

redaktə

Azərbaycanda müxtəlif türk tayfalarının adını özündə yaşadan yaşayış məskənləri, toponimlər mövcuddur. Bunlardan biri də Qəbələ rayonundakı Şamlı kəndidir. "Şamlı" Suriyadan gəlmiş türk tayfalarından (boylarından) birinin adı olub. Kəndin əsasını Şamlı tayfaları qoymuşdur. Şamlı Şimali Suriyadan gəlmiş Türk tayfalarından (boylarından) birinin adı olub. Şamlı tayfasının Azərbaycana köç etməsi faktı Türkiyəli alim İsmayıl Qayqusuzun internetdə verilmiş “Qızılbaşlıq və qızılbaşlar” adlı məqaləsində də qeyd olunur. Monqolların hücumu zamanı Türkiyəyə gedən və Şamda (Suriyada) məskən salan (o zaman Suriya Osmanlı imperatorluğunun tərkibində olub) səlcuqlardan ibarətdir. Onlar Şamlı adı altında Topal Teymur tərəfindən Suriyadan köçürülmüş və İranda məskunlaşmışlar. Sonradan onlar Azərbaycana köçüblər.[1]

Toponimikası

redaktə
  • Şamlı oyk., sadə.
  • Qəbələ r-nunun Hacallı i.ə.v.-də kənd. Düzənlikdədir. Keçmiş adı Ərəb Şamlı olmuşdur. Sonralar oykonimin tərkibindəki ərəb sözü düşmüşdür. Yaşayış məntəqəsi XII əsrin sonlarında ərəb-şamlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Ərəbşamlı VIII əsrdə ərəblərin Şamdan (Suriyadan) köçürdükləri ərəb ailələrinin'ümumi adıdır. XIX əsrin ortalarında bu tayfa Şirvanın dağlıq ərazilərində mal-darlıqla məşğul olurdu;
  • Zəngilan r-nunun Gilətağ i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, kəndin əsasını XIX əsrdə Şamı, Nağı və Tağı adlı üç qardaş qoymuşdur. Kənd böyük qardaş Şamının adı ilə Şamili (sonralar Şamlı şəklinə düşmüşdür) adlanmışdır. Əslində toponim Qızılbaşların şamlı tayfasının adı ilə bağlıdır. Şamlı Teymurun 1402—ci ildə türk sultanı Bəyazid üzərində qələbəsindən sonra Suriyadan (Şamdan) apardığı bəydili tayfasına mənsub ailələrin adıdır. Həmin ailələri Teymur Səfəvi şeyxi Xacə Əliyə vermiş, o da onlan Azərbaycanın cənubunda yerləşdirmişdir. Sefəvilərin hakimiyyət uğranda mübarizə-sində şamlılar da iştirak etmişdilər. Səfəvi şahları bu tayfaya Azərbaycanda ərazilər bağışlamışdılar.[2]

İqtisadiyyatı

redaktə
  • Şamlılar tərəvəz sahələri və taxıl əkir, heyvandarlığı inkişaf etdirirlər. Bu kəndin də bütün ehtiyacları ödənildiyindən əhalinin dolanışığı sarıdan narahatlıq hiss olunmur.[1]

Coğrafiyası və iqlimi

redaktə
  • Şamlı kəndi Ərəş düzündə yerləşir. Ərazisi 210 hektardır.

Əhalisi

redaktə
  • 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 376 nəfər əhali yaşayır.[3] Hazırda kəndin 300 nəfər sakini var.[1]
  • Kənd əhalisi əsasən Azərbaycan Türklərindən ibarətdir. Əhalisinin sayı 500 nəfərdir.

Görkəmli Şəxsləri

redaktə
  • İmran Arifşah oğlu Abbasov

Həmçinin bax

redaktə
  • Şamlı (tayfa)
  • Qəbələ rayonu

Mənbə

redaktə

http://www.atc.az/forum/showthread.php?t=6926

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
  2. ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Xarici keçidlər

redaktə
  • Youtube-da bax :Bir kəndin nağılı. Şamlı (film)
  • Qəbələ rayonu İnzibati Ərazi Vahidləri Arxivləşdirilib 2017-07-29 at the Wayback Machine
Qəbələ rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şamlı_(Qəbələ)&oldid=6426317"
LOVE.AZ