. Love.az

Samxat - Wikipedia - Love.az

Ana Səhifə - Samxat
Şahmat ilə səhv salmayın.

Şamxat (akkad. 𒊩𒌑𒉺) — Gilqameş dastanının personajı. O, I və II lövhələrdə rol oynayır və VII lövhədə adı çəkilir.

Şamxat
akkad. 𒊩𒌑𒉺
Məlumat
Cinsi qadın[d]
Peşə harimtu, İştar rəhibəsi
Əlaqələri Enkidu, Gilqameş

Uruk şəhərinin məbəd fahişəsi olaraq, Şamxat dastanın başlanğıcında vacib rol oynayır.[1][2] O, İştar tarnıçasının rəhibəsidir.[3]

Mündəricat

  • 1 Etimologiya
  • 2 Dastanda
  • 3 Əhəmiyyəti
  • 4 İstinadlar

Etimologiya

redaktə

Şamxat sözü babilcədəki "šamāhu", yəni "çiçəklənmək" felindən gəlir.[4] Mətndəki Şamxat üçün işlənilən "harimtu" sözünü adətən ingilis dilinə "fahişə" (ing. harlot/whore) kimi tərcümə edirlər. Halbuki, onun dəqiq mənası mübahisəlidir. Məsələn, bəzilərin fikrinə görə, bu söz tənqidi deyildi. Feminist tarixçi Gerda Lerner isə iddia edir ki, "harmitu" cəmiyyətin qəbul etdiyi bir hissəsi idi.[5]

Dastanda

redaktə
  Xəbərdarlıq: Yazının davamı əsərin məzmunu haqqında məlumat ehtiva edir.

Enkidu tanrılar tərəfindən Kral Gilqameşə qarşı göndərilən vəhşi insandır. I lövhədə Şamxatın rolu Enkidunun əhliləşdirilməsidir. Şamxat məbəd fahişəsidir (mətndə "harimtu"[5] sözü işlənilir). Gilqameş Enkidunu cəzb etmək üçün bir ovçudan Şamxatı gətirməyə deyir.

Bundan sonra, mətnin versiyaları fərqlənir. Dastanın daha çox tanınan versiyalarında Şamxat və Enkidu arasında seks 6 gün və 7 gecə ərzində baş verir. Lakin yeni tapıntılar (2015-ci ildə aşkar olunub, 2018-ci ildə isə tərcümə olunub) onu göstərir ki, əvvəl bir səhnənin iki versiyası kimi tanınan mətnin hissələri əslində iki ayrı səhnə idi. Yəni, birinci həftədən sonra Şamxat Enkidunu Uruk şəhərinə dəvət edir. Bundan sonra onlar arasında daha bir həftə ərzində seks olur və Şamxat yenə də Enkidunu Uruka dəvət edir.[6]

II lövhədə Şamxat öz paltarının bir hissəsini Enkidunun üstünə geydirir və onlar birlikdə Uruka üz tuturlar. Enkiduya yemək veriləndə, Şamxat onu yeməyə həvəsləndirir. Bundan sonra, Enkidu yolda toya gedən adamı görəndə, Şamxatdan onun kim olduğunu və hara getdiyini bilmək istəyir.

Əhəmiyyəti

redaktə

Şamxat Enkidunu həm cinsi yolla, həm də ona geyim verərək və ona insan yeməkləri və içkiləri yeyib-içmək öyrədərək, onu heyvanların arasındakı həyatından ayırır və sivilizasiyaya gətirir.[7] Buna görə Həvva Şamxat ilə müqayisə olunur.[8]

İstinadlar

redaktə
  1. ↑ Lothspiech, Pamela, redaktorThe Epic World. Routledge. 2024. səh. 111. ISBN 9781000912166.
  2. ↑ Maier, John, redaktorGilgamesh: A Reader. Bolchazy-Carducci Publishers. 1997. səh. 264. ISBN 9780865163393.
  3. ↑ Vivante, Bella. Daughters of Gaia: Women in the Ancient Mediterranean World. Bloomsbury Academic. 2007. səh. 63. ISBN 9780275982492.
  4. ↑ Jackson, Danny P. The Epic of Gilgamesh. Bolchazy-Carducci Publishers. 1997. səh. XIX. ISBN 9780865163522.
  5. ↑ 1 2 Maier, John, redaktorGilgamesh: A Reader. Bolchazy-Carducci Publishers. 1997. səh. 89. ISBN 9780865163393.
  6. ↑ New Gilgamesh Fragment: Enkidu's Sexual Exploits Doubled by Sophus Helle
  7. ↑ Harris, Rivkah. Gender and Aging in Mesopotamia: The Gilgamesh Epic and Other Ancient Literature. University of Oklahoma Press. 2000. səh. 123. ISBN 9780806135397.
  8. ↑ Chapter 2: The Epic of Gilgamesh
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şamxat&oldid=8039620"
LOVE.AZ