. Love.az

Seytan Tolstoy - Wikipedia - Love.az

Ana Səhifə - Seytan Tolstoy

Şeytan (rus. Дьявол) — Lev Tolstoyun povesti. 1889–90-cı illərdə yazılmış, 1909-cu ildə alternativ bir sonluqla verilmiş, 1911-ci ildə müəllifin ölümündən sonra yayımlanmışdır.

Şeytan
Дьявол
Əsərin 2017-ci il azərbaycanca nəşrinin üz tərəfi
Əsərin 2017-ci il azərbaycanca nəşrinin üz tərəfi
Müəllif Lev Tolstoy
Janr Povest
Orijinalın dili Rusca
Ölkə Çar Rusiyası
Orijinalın nəşr ili 1911
Tərcüməçi Rafiq Ağayev
Nəşriyyat Yazıçı (1980, 1984), Bakı Kitab Klubu (2017)
Tiraj 100

Tolstoyun eyni vaxtda yazdığı "Kreyser sonatası" kimi, "Şeytan" əsəri də cinsi duyğuların nəticələrindən bəhs edir.

Mündəricat

  • 1 Məzmun
  • 2 Nəşr və tərcümə
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Məzmun

redaktə
  Xəbərdarlıq: Yazının davamı əsərin məzmunu haqqında məlumat ehtiva edir.

İnsanı yolundan azdıran Şeytan əməlinə Tolstoyun bir çox əsərlərində rast gəlmək olar. Görünür, Tolstoy, öz keçirdiyi hissləri təhlil etmək üçün "Şeytan" əsərini yazmalı olub. Əsər həddən artıq dramatik ruhdadır. Sanki hər an əsərin qəhrəmanının başına qeyri-adi əhvalat gələcəyi gözlənilir. Nəhayət gəlir də… Povestin iki sonluğunun olması isə onu göstərir ki, Tolstoy sonadək də Şeytana qalib gəlmək yolunu seçə bilməmişdi…

  Xəbərdarlığın sonu.

Nəşr və tərcümə

redaktə

Povest Rafiq Ağayev tərəfindən Azərbaycan dilinə tərcümə edilib, ilk dəfə Bakıda kiril qrafikalı Azərbaycan əlifbası ilə Yazıçı nəşriyyatında əvvəlcə 1980-ci ildə, 2-ci dəfə isə 1984-cü ildə, latın qrafikalı Azərbaycan əlifbası ilə 2017-ci ildə Bakı Kitab Klubunda "Ailə səadəti" povesti ilə birlikdə 176 səhifədə nəşr edilib.[1]

İstinadlar

redaktə
  1. ↑ "Şeytan (povestlər)" ( (az.)). bbclub.az. 2019-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-04.

Xarici keçidlər

redaktə
  • "Şeytan (povestlər)" ( (az.)). bbclub.az. 2019-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-04.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şeytan_(Tolstoy)&oldid=7408999"
LOVE.AZ