. Love.az

Seyx Celebi Mescidi - Wikipedia - Love.az

Ana Səhifə - Seyx Celebi Mescidi

Şeyx Çələbi məscidi (türk. Şeyhi Çelebi Camii) — Türkiyənin Ədirnə ilinin mərkəzində yerləşən 16-cı əsrə aid məscid.

İslam
Şeyx Çələbi məscidi
türk. Şeyhi Çelebi Camii
Xəritə
Yerləşməsi
Ölkə  Türkiyə
Şəhər Ədirnə
Memarlıq
İnşa tarixi 1574
Dövrü  Osmanlı imperiyası
Tikdirəni Şeyx Çələbi
Memarı Memar Sinan
Üslubu Osmanlı memarlığı
Vəziyyəti mövcud
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
    • 1.1 Dağıdılması
  • 2 Memarlığı
  • 3 Qalereya
  • 4 İstinadlar

Tarixi

redaktə

Məscid Qazı Bədrəttin Mahmud Əfəndinin oğlu Şeyx Çələbi tərəfindən tikdirilmişdir. Memar Sinanın müəllifi olduğu Şeyx Çələbi məscidi Səlimiyyə məscidinin inşası bitdiyi ərəfədə tikilmişdir. İnşa olunduğu tarix bilinməsə də, Rıfat Osmanın əsərində 1574-cü il kimi qeyd olunur.[1] Atasının tikdirdiyi Qazı Bədrəttin Məscidinin 1540-cı illərdə ərsəyə gətirildiyini nəzərə aldıqda Şeyx Çələbi məscidinin XVI əsrin sonlarına doğru tikildiyi ehtimal edilir.[2]

Dağıdılması

redaktə

Balkan müharibəsi zamanı məscidin minarəsi top gülləsi ilə dağıdılıb. 94-cü il işğalı zamanı isə məscidin ətrafındakı mədrəsə bölməsi dağıdılıb.[1]

Memarlığı

redaktə

Kvadrat planlı məscid növbəli şəkildə yonma daş və kərpicdən istifadə edilməklə tikilmişdir.[3]

Qalereya

redaktə
  •  
    Şeyx Çələbi məscidinin küçədən görünüşü
  •  
    Məscidin həyəti
  •  
    Şeyx Çələbinin məzarı
  •  
    Məscidin həyətindəki su çeşməsi

İstinadlar

redaktə
  1. ↑ 1 2 Tosyavizade, Rıfat Osman Bey. Şeyhi Çelebi Camii (PDF) (türk). Vakıflar Genel Müdürlüğü Yayınları. 1999. 130. ISBN 975-19-2267-4.
  2. ↑ "Şeyhi Çelebi Camii". 28-05-2024 tarixində arxivləşdirilib.
  3. ↑ "Şeyh Çelebi Camii". 09-11-2017 tarixində arxivləşdirilib.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şeyx_Çələbi_məscidi&oldid=8096594"
LOVE.AZ