Şeyx Cühənna oğlu (?-?) — Memar. Naxçıvan memarlıq məktəbinin görkəmli nümayəndələrindəndir.
Şeyx Cühənna oğlu | |
---|---|
Fəaliyyəti | memar |
Adı Ordubad bölgəsinin Azad kəndinin cənub-şərq tərəfindəki minarənin üzərindəki kitabənin məlumatları əsasında elmi dövriyyəyə daxil olmuşdur. Hazırda həmin türbə yarımuçuq vəziyyətdə mövcud olsa da, üzərindəki kitabə qalmamışdır. Kufi xətlə yazılmış kitabəni XIX yüzilliyin ortalarında tədqiq edən rus şərqşünası və diplomatı N. V. Xanıkovun yazdığına görə orada "Bənna Şeyx Cühənna oğlu Naxçıvaninin əməlidir" – sözləri yazılıbmış. Kitabədə tarix qalmasa da, N. V. Xanıkov onu yazıldığı xəttin paleoqrafiya xüsusiyyətlərinə əsasən hicri qəməri təqvimi ilə VI (miladi XII) yüzilliyə aid etmişdir. Ancaq memarlıq-konstruktiv qurluşuna və digər abidələrlə müqayisəyə əsasən türbəni XV əsrə aid etmək olar[1]
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |