. Love.az

Seyx Pir Huseyn Sirvani - Wikipedia - Love.az

Ana Səhifə - Seyx Pir Huseyn Sirvani
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Şeyxi Pir Hüseyn Şirvani – 948-ci ildə Bakı şəhərində doğulmuş alim, şair, şiə Qələndəriyyə təriqətinin şeyxi, XI əsrin məşhur Böyük Şirvan Şeyxi Pir Hüseyn Şirvani adı ilə bağlıdır. Pir Hüseyn Yaxın Şərqdə Baba Kuhi adı ilə tanınan böyük sufi şairi və filosofu Məhəmməd Bakuvinin kiçik qardaşı olmuşdur. Şeyx Pir Hüseyn adı ilə şöhrət tapmış Əl-Hüseyn ibn Əli xanəgah kitabələrində əzəmətli, görkəmli pir, sufilikdə üçüncü dərəcəyə çatmış, müqəddəslərin görkəmlisi, ruhani işləri ilə məşğul olan, imam kimi ləqəb və sifət dərəcələri ilə qeyd edilmişdir ki, bu da onun əsrinin ən nüfuzlu şəxsiyyətlərindən olduğunu göstərir. Nazir Pir-Hüseynin görkəmli alim, filosof kimi Azərbaycanda elmi-fəlsəfi fikir tarixində, islam-fəlsəfi dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırdı. Pir Hüseyn Şirvani Şirvanşah birinci Fəribürz, onun atası Sallar və babası Yəzid ibn Əhmədin hakimiyyəti zamanında yaşamış və 467-ci hicri (1074/1075) ildə öz böyük qardaşı Məhəmməd Bakuvidən 25 il sonra, tam qocalıq dövründə vəfat etmişdir.

Şeyx Hüseyn Şirvani
Hüseyn ibn Abdullah ibn Übeydullah ibn Bakuyə
Doğum tarixi 948
Doğum yeri Bakı
Vəfat tarixi 1050
Vəfat yeri Pir Hüseyn xanəgahı Hacıqabul
Fəaliyyəti şair
Kitabə Xanəgahın ləyaqətli qiyməti şərqşünas-alim, professor V.A.Kraçkovskaya tərəfindən verilmişdir: “Dünyada Pir Hüseyn türbəsinin kaşı bəzəkləri ilə ancaq Məşhəddəki imam Rza məqbərəsi rəqabət edə bilər”.[1]

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət". 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-11.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şeyx_Pir_Hüseyn_Şirvani&oldid=8132270"
LOVE.AZ