. Love.az

Silevenge Yardimli - Wikipedia - Love.az

Ana Səhifə - Silevenge Yardimli
Bu adın digər istifadə formaları üçün bax: Şiləvəngə.

Şiləvəngə — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.

Şiləvəngə
38°53′23″ şm. e. 48°13′36″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Yardımlı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 388 nəf.
Xəritəni göstər/gizlə
Şiləvəngə xəritədə
Şiləvəngə
Şiləvəngə

Tarixi

redaktə

Şiləvəngə kənd camaatı Cəlilabad rayonundakı Şiləvəngə kənd camaatı ilə qohumdur. Əski zamanlarda Cəlilabaddaki kənd qışlaq və Yardımlıdakı kənd yaylaq kimi istifadə olunurdu. İranın Germi bölgəsində də 6 kənd əhalisi (Salala, Daşdibi, Geygal, Qarabulağ, İlxanlar və Təzəkənd) Şiləvəngədən köçmədirlər və özlərini şiləvəngəli kimi tanıdırlar.[mənbə göstərilməlidir]

Oykonim talış dilinəki şilə (çuxur, çökək) və vəngə (yer) komponentlərindən düzəlib, "çuxur yer" və ya şilə (çubuqla hörülmüş bənd), məkan bildirən vən sözündən və -gə şəkilçisindən ibarət olub, "çubuqla hörülmüş bənd olan yer" kimi izah olunur. Yaşayış məntəqəsi həqiqətən də əkin sahələrini suvarmaq üçün bənd çəkilmiş çökək ərazidə yerləşir.[1]

Həmçinin bax

redaktə
  • Şiləvəngə (Cəlilabad)

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. II cild, səh. 218.
Yardımlı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şiləvəngə_(Yardımlı)&oldid=5986656"
LOVE.AZ