Şimal maqnit qütbü — xəyalı olaraq yer qabığında 90° həmdəvərində hərəkət edən yerin maqnit qüvvəsinin təsirindən yaranan maqnit qütbü.
Maqnit qütbləri ilə Coğrafi qütblər eynilik təşkil etməyərək üst-üstə düşmür. XVII əsrdə şimal maqnit qütbü Arktikanın buzlaqları üzərində indiki Kanada sərhədlərinə yaxınlaşırdı. Bu o deməkdir ki, Kompasın əqrəbi şimalı təqribi göstərir. .
Hər gün maqnit qütbü ellip sayağı trayektoriya çızaraq hərəkət edir.[1] Maqnit qütbü il ərzində şimal və şimal-qərb istiqamətində 10 km hərəkət edir.[2] Bu səbəbdən maqnit qütbü daimi bir yerdə qalmır və dəqiq olmur. XX əsrdən qütb Taymır yarımadası istiqamətinə yönəlmişdir. 2009-cı ildə maqnit qütbünün hərəkət surəti 64 km təşkil etmişdi[3].
Şimal maqnit qütbünün əks hissəsində Cənub maqnit qütbü yerləşir. Əks tərəf isə Arktikanın əksi olan Antarktida ərazisində istiqaməti ilbəil dəyişir.
Şimal maqnit qütbü[4][5] | (2001) 81°18′ şm. e. 110°48′ q. u.HGYO | (2004) 82°18′ şm. e. 113°24′ q. u.HGYO | (2005) 82°42′ şm. e. 114°24′ q. u.HGYO | (2010)[6] 85°00′00″ şm. e. 132°36′00″ q. u.HGYO | (2012)[6] 85°54′00″ şm. e. 147°00′00″ q. u.HGYO |
Cənub maqnit qütbü[5][7] | (1998) 64°36′ c. e. 138°30′ ş. u.HGYO | (2004) 63°30′ c. e. 138°00′ ş. u.HGYO | (2007) 64°29′49″ c. e. 137°41′02″ ş. u.HGYO | (2010)[6] 64°24′00″ c. e. 137°18′00″ ş. u.HGYO | (2012)[6] 64°24′00″ c. e. 137°06′00″ ş. u.HGYO |
Maqnitin bir qurtaracağı şimalda istiqamətlənir. Digər istiqaməti isə cənubadır. Maqnitlər bir birini itələmə xüsusiyətinə malikdirlər. Buda o anlama gəlir ki, əslində şimal maqnit qütbü Cənub maqnit qütbüdür.
1831-ci ildə ingilis qütb araşdırmaçısı Con Ross Kanada Arktik arxipelaqında maqnit qütbünü aşkarlayır. Burada maqnit əqrəbinin vertikal olaraq 90° bərabər idi. 1841-ci ildə Con Rossun əmisi oğlu Ceyms Ross cənub maqnit qütbünə çatır.
2005 ci il Ottava qeomaqnit laboratoriyası rəhbəri Karri Nyuit bəyan edir: 400 il müddətində Kanada ərazisində yerləşən Şimal maqnit qütbü Kanadanı tərk etmişdir. XVII əsrdən Kanada Arktik arxipelaqı ərazisində yerləşirdi. Halhazırda isə Kanada sərhəddindən 200 kilometrlik iqtisadi zonanı tərk etmişdir. Belə bir fərziyyə var ki, illik sürəti 64 km olarsa 2040-2045 ci illərdə maqnit qütbü Taymır yarımadasına çatır.[8]