. Love.az

Simali Anadolu Zelzelesi 1668 - Wikipedia - Love.az

Ana Səhifə - Simali Anadolu Zelzelesi 1668

Şimali Anadolu zəlzələsi — 17 avqust 1668-ci ildə Şimali Anadoluda baş vermiş çox şiddətli zəlzələ.[1][2] Dünyanın ən böyük zəlzələləri arasında sayılan bu zəlzələ, Türkiyədə qeydə alınan ən şiddətli zəlzələ kimi tarixə düşdü və 1668-ci ildə dünyanın müxtəlif yerlərində baş verən 8 Rixter miqyaslı zəlzələ fəlakətlərindən biridir.[1][2] Zəlzələnin episentri Samsunun cənub-qərbində yerləşən Ladik gölünün cənub sahili olub.[1][2]

Şimali Anadolu zəlzələsi
Tarix
  • 17 avqust 1668[1]
Maqnituda 7,8–8,0[1]
Episentrin yeri Ladik gölü
Əhatəsi Osmanlı imperiyası/Şimali Anadolu
Sunami Bəli
Ölənlər 8.000[1][2]
Afterşoklar Altı ay davam etdi
Xəritədə yeri
Şimali Anadolu zəlzələsi xəritədə
Nöqtə

17 avqust 1668-ci ildə günortadan əvvəl Şimali Anadolu Fay Hattının 600 km uzunluğunda bir hissəsi böyük bir zəlzələ nəticəsində sarsıldı.[1] Təxmini böyüklüyü 7,8–8,0 Ms aralığında idi və Merkalli intesivlik şkalasında IX idi.[1][2] Ən qərbdəki Boludan ən şərqdəki Erzincana qədər böyük ziyan vurdu və təxminən 8 000 ölümlə nəticələndi.[1][2] Zəlzələdən sonra afterşoklar ən azı altı ay davam etdi. Bu zəlzələ Türkiyədə qeydə alınan ən güclü zəlzələdir.[1][2]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 9 10 "Tarihsel Depremler". Boğaziçi Universiteti, Kandilli Rəsədxanası (türk). 2015-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-13.
  2. ↑ 1 2 3 4 5 6 7 "Historic Worldwide Earthquakes" (ingilis). United States Geological Survey. 2009-08-25 tarixində orijinalından arxivləşdirilib.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şimali_Anadolu_zəlzələsi_(1668)&oldid=7372202"
LOVE.AZ