. Love.az

Simali Makedoniya Yaponiya Munasibetleri - Wikipedia - Love.az

Ana Səhifə - Simali Makedoniya Yaponiya Munasibetleri

Şimali Makedoniya–Yaponiya münasibətləri (mak. Односот меѓу Јапонија и Северна Македонија; yap. 日本とラトビアの関係) – Şimali Makedoniya ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. 2020-ci ilin aprelinə olan məlumata əsasən Şimali Makdeniyada 23 Yaponiya vətəndaşı yaşayır.[1]

Şimali Makedoniya–Yaponiya münasibətləri
Şimali Makedoniya və Yaponiya
 Şimali Makedoniya  Yaponiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarix
  • 2 Mədəniyyət
  • 3 İqtisadiyyat
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Tarix

redaktə
 
Şimali Makedoniyanın Yaponiyadakı səfirliyi.

Şimali Makedoniyanın müstəqillik qazandığı dövrdə qədər Yaponiya Yuqoslaviya ilə diplomatik əlaqələr saxlayırdı. Şimali Makedoniya ilə Yaponiya arasında diplomatik əlaqələr 1 mart 1994-cü ildə qurulmuşdur. Şimali Makedoniya prezidenti Boris Traykovski 2003-cü ildə Yaponiyaya səfər etmişdir. Şimali Makedoniya baş naziri Nikola Qruyevski 2011 və 2014-cü illərdə Yaponiyada səfərdə olmuşdur.[1] 2011 və 2014-cü ildə Makedoniya–Yaponiya Sammit Görüşü baş tutmuşdur. 2013-cü ildə Tokioda Şimali Makedoniyanın, 1 yanvar 2017-ci ildə isə Skopyedə Yaponiyanın səfirliyi açılmışdır.[2] 2020-ci ildən Yaponiyanın Şimali Makedoniyadakı səfiri Hironori Savadadır.[3]

2014-cü ildə münasibətlərin qurulmasının 20 illiyi, 2019-cu ildə isə 25 illiyi qeyd olunmuşdur.

Mədəniyyət

redaktə

1963-cü ildə Skopyedə baş vermiş zəlzələdən sonra şəhərin bərpası planı Yaponiya memarı Kenzo Tanqeyə həvalə olunmuşdur. Skopye şəhəri yapon memarların metabolizm nəzəriyyəsinin tətbiq olunduğu ilk qeyri-yapon şəhər olmuşdur. 2020-ci ildə Şimali Makedoniyada Kenzo Tanqeyə həsr olunmuş poçt markası buraxılmışdır.[4]

2014-cü ildə Skopye şəhərində Yapon Film Festivalı baş tutmuşdur. 2019-cu ildə münasibətlərin 25 illiyi münasibətilə Makedoniya Milli Teatrında no tamaşası keçirilmiş və bu, ölkədəki ilk no performansı olmuşdur.[5]

Şimali Makedoniya Yay Olimpiya Oyunlarındakı ilk gümüş medalını Tokioda keçirilmiş yarışda qazanmışdır.[6]

İqtisadiyyat

redaktə

Şimali Makedoniya Yaponiyaya əsasən tütün və şərab, Yaponiya isə Şimali Makedoniyaya maşın və yüngül sənaye məhsulları ixrac edir.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 "Japan-North Macedonia Relations (Basic Data)" (ingiliscə). Xarici İşlər Nazirliyi (Yaponiya). 2023-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 mart 2023.
  2. ↑ "Japan and Macedonia". Embassy of Japan in Skopje (ingiliscə). 2023-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 mart 2023.
  3. ↑ "President Pendarovski receives credentials of newly appointed Ambassador of Japan". Pretsedatel.mk (ingiliscə). 2023-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 mart 2023.
  4. ↑ "Издадена е Кензо Танге поштенска марка / Emetohet pulla postare Kenzo Tange" (makedonca). Yaponiyanın Şimali Makedoniya səfirliyi. 4 iyun 2020. 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2023.
  5. ↑ "山本能楽堂による能公演・能ワークショップの開催" (yaponca). Yaponiyanın Şimali Makedoniya səfirliyi. 2019. 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2023.
  6. ↑ "North Macedonian Dejan Georgievski wins the first Olympic silver medal of his country" (ingiliscə). 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.

Xarici keçidlər

redaktə
  • Şimali Madenoyanın Yaponiyadakı səfirliyi
  • Yaponiyanın Şimali Makedoniyadakı səfirliyi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şimali_Makedoniya–Yaponiya_münasibətləri&oldid=6961064"
LOVE.AZ