Makedoniya ayları (mak. Македонски месеци) — Şimali Makedoniyada və makedon icmalarının yaşadığı digər ölkələrdə rəsmi olaraq istifadə edilən 12 təqvim ayının adları. Ümumlikdə həm latın mənşəli standart beynəlxalq formalar (rəsmi mənbələrdə və kilsə təqvimlərində), həm də bəzi kənd yaşayış məntəqələrində qədim slavyan adları da (onlar müəyyən təbii dövrlərə və ya kənd təsərrüfatı işlərinə əsasən qoyulurdu) istifadə olunur. Adların müasir formaları 19-cu əsrin sonunda istifadə olunmağa başladı və sözlər ilk öncə “-ja” ilə bitirdi (јануарија, февруарија, септемврија, декемврија və s.). Standart normalar makedon dilində təhsilin sayəsində bərqərar olundu.
Ay | Makedonca adı | Qədim slavyanca adı | Təsviri |
---|---|---|---|
Yanvar | Јануари [Yanuari] | Коложег [Koljeq] | Odun yandırılan ay |
Fevral | Февруари [Fevruari] | Сечко [Seçko] | Şaxta ayı |
Mart | Март [Mart] | Цутар [Tsutar] | Çiçəkaçma ayı |
Aprel | Април [April] | Тревен [Treven] | Ot ayı |
May | Мај [May] | Косар [Kosar] | Ot biçmə ayı |
İyun | Јуни [Yuni] | Жетвар [Jetvar] | Biçin ayı |
İyul | Јули [Yuli} | Златец [Zlatets] | Qızıl ay |
Avqust | Август [Avqust] | Житар [Jitar] | Çörək ayı |
Sentyabr | Септември [Septemvri] | Гроздобер [Qrozdober] | Üzüm salxımın yığılması ayı |
Oktyabr | Октомври [Oktomvri] | Листопад [Listopad] | Yarpaq tökülməsi ayı |
Noyabr | Ноември [Noyemvri] | Студен [Studen] | Soyuq ay |
Dekabr | Декември [Dekemvri] | Снежник [Snejnik] | Qarlı ay |
Etnoloqlar və antropoloqlar Makedoniya xalq mədəniyyətində hər ay müddətinin makedon dilində "menitsi" və ya "sinori" adlandırılan bəzi kilsə və ya xalq bayramlarına görə təyin oluna biləcəyini təsbit etdilər. Makedoniya xalq təqvimində aylar bu cür bölünmüşdür:
Bu traktovkada il 13 aydan ibarətdir (fevral iki ayla əvəz olunub), bu da ona işarədir ki, keçmişdə makedoniyalılar ay təqvimindən istifadə edirdilər.