. Love.az

Siqeno Yasutsuqu - Wikipedia - Love.az

Ana Səhifə - Siqeno Yasutsuqu

Şiqeno Yasutsuqu (重野安繹?, 24 noyabr 1827, Sakamoto[d] – 6 dekabr 1910) – Yaponiya tarixçisi və Çin klassikləri üzrə alim.[1] Seysay təxəllüsündən istifadə etmişdir.[1]

Şiqeno Yasutsuqu
yap. 重野安繹
Doğum tarixi 24 noyabr 1827(1827-11-24)
Doğum yeri
  • Sakamoto[d], Yaponiya
Vəfat tarixi 6 dekabr 1910(1910-12-06) (83 yaşında)
Dəfn yeri
  • Yanaka qəbiristanlığı[d]
Fəaliyyəti tarixçi, siyasətçi
Üzvlüyü
  • Yaponiya Perlər Palatası[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Qeydlər
  • 3 İstinadlar
  • 4 Ədəbiyyat

Həyatı

redaktə

Şiqeno Yasutsuqu 1827-ci ildə Satsuma hanında[a] doğulmuşdur.[2] Edo şəhərində yerləşən və Tokuqava şoqunluğunun akademiyası olan Şoheykoda təhsil almışdır.[2] Daha sonra Satsumada yerləşən Zoşikan məktəbində müəllimlik etməyə başlamışdır.[1] 1863-cü ildə Kaqoşimanın Britaniya hərbi gəmiləri tərəfindən bombalanması hadisəsindən sonra sülh danışıqları üçün göndərilmiş nümayəndəliyin üzvü olmuşdur.[1]

1868-ci ildə baş vermiş Meyci islahatından sonra Təhsil Nazirliyinə daxil olmuş, Tarixşünaslıq Ofisində tarixi qeydlərin toplanması və tərtibatı ilə məşğul olmuşdur.[2] Ofis 1888-ci ildə Tokio Universitetinə daxil ediləndə o, universitetin tarix şöbəsini qurmuş[1] və professoru təyin olunmuşdur.[2] Yaponiya Tarix Cəmiyyətinə başçılıq etmiş, Perlər palatasına daxil olaraq siyasətlə də məşğul olmuşdur.[1]

Şiqeno Yaponiyada müasir tarix tədqiqatı metodunun qurucusudur.[1] O, apokrifik məsələlərin tarixi qeydlərdən çıxarılmasını dəstəkləmiş və tarix elminin mənəvi məqsədlər üçün istifadə olunmasına qarşı çıxmışdır.[2] Bir çox tarici insidenti dəlil çatışmazlığı səbəbilə rədd etmiş və buna görə də "Masatsu Hakase" (抹殺博士?, azərb. Silmə doktoru‎) ləqəbini qazanmışdır.[1] Məsələn, Kusunoki Masaşiqenin oğlu Masatsuradan ayrılması hadisəsini real olmadığını demişdir.[1] Tarix elmindəki bu mövqeyi səbəbilə o və həmkarı Kumi Kunitake şinto millətçiləri tərəfindən tənqid olunmuşdurlar.[2] Nəticədə, Kume 1892-ci ildə, Şiqeno isə 1893-cü ildə universitetdən ayrılmalı olmuşdur.[2]

Qeydlər

redaktə
  1. ↑ Müasir Kaqoşima prefekturası.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 9 The Japan Biographical Encyclopedia & Who's Who
  2. ↑ 1 2 3 4 5 6 7 Kodansha Encyclopedia of Japan

Ədəbiyyat

redaktə
  • The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 1387. İstifadə tarixi: 5 fevral 2023.
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 92. ISBN 0-87011-627-4. İstifadə tarixi: 5 fevral 2023.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şiqeno_Yasutsuqu&oldid=6873177"
LOVE.AZ