İskəndər Yaqub oğlu Şirəli Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Kompleks qazma işləri” trestinin müdiri (2007)[1], 2019-cu ilin May ayından Sənaye Təhlükəsizlik İdarəsinin rəisi, Elmlər doktoru (2014)[2], Rusiya Mühəndislik Akademiyasının əcnəbi üzvü (2014)[3], Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz Neft Mədən fakültəsinin professoru (2015). Azərbaycan Respublikasının Prezidenti yanında ali attestasiya komissiyanın 19.04.2024-cü il tarixli qərarı ilə, İskəndər Yaqub oğlu Şirəliyə, elmi-pedaqoji fəaliyyətə görə texnika elmləri sahəsinin Maşınlar, avadanlıqlar və proseslər ixtisası üzrə Professor elmi adına layiq olmuşdur.
İskəndər Şirəli | |
---|---|
![]() İskəndər Yaqub oğlu Şirəli | |
Doğum tarixi | (64 yaş) |
Doğum yeri | Neftçala rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() |
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi | Elmlər doktoru |
Elmi adı | Professor |
İş yeri | SOCARın Sənaye Təhlükəsizlik İdarəsinin rəisi (2019) |
Təhsili | Azərbaycan Dövlət Neft və Sənaye Universiteti |
Mükafatları |
![]() ![]() ![]() |
İskəndər Yaqub oğlu Şirəli 1960-ci il noyabrın 21-də Neftçala rayonu, Novovasilyevka kəndində anadan olub. 1983-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunu “Dağ mühəndisi” ixtisası üzrə fərqlənmə (qırmızı) diplomu ilə bitirib. Ailəlidir, 4 övladı, 4 nəvəsi var.
Əmək fəaliyyətinə 1983-cü ildə “Xəzərdənizneft” İstehsalat Birliyi, “Səngəçal” Dəniz Qazma İşləri İdarəsində qazmaçı köməkçisi peşəsindən başlayıb. 1984-cü ildə həmin idarədə buruq ustası, 1990-cı ildə 2 saylı rayon Mühəndis - Texnoloji Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. 1991-1992-ci illərdə Sankt-Peterburq, “Zond” istehsalat müəssisəsinin Bakı filialının rəisi vəzifəsində işləyib. 1992-ci ildən “Xəzərdənizneft” İstehsalat Birliyi, “Qum Adası” Dəniz Qazma İşləri İdarəsində Baş mühəndis, 1993-cü ildən “Qum Adası” Dəniz Qazma İşləri İdarəsinin rəisi, 2006-cı ildən Abşeron Qazma İşləri İdarəsinin rəisi, 2007-ci ildən SOCARın “Kompleks qazma işləri” trestinin müdir vəzifələrində çalışıb. 2019-cu ilin may ayından SOCARın Sənaye Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində işləyir.
2001-ci ildə Texnika Elmlər namizədi alimlik dərəcəsi, 2014-cü ildə Elmlər doktoru elmi dərəcəsi alıb. 2014-cü ildən Rusiya Mühəndislik Akademiyasının əcnəbi üzvü, 2015-ci ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz Neft Mədən fakültəsinin professorudur. 71 elmi əsərin, 3 dərsliyin, 9 patentin, 9 monoqrafiyanın müəllifi, 8 dərsliyin həmmüəllifidir. Onun rəhbərliyi ilə “Kompleks qazma işləri” tresti 2010-cu ildə müstəqil Azərbaycanin ilk yatağını – “Ümid” yatağını kəşfində müstasna xidmətlər göstərib[4]. Trest həmçinin “Bulla-Dəniz”[5] “Neft Daşları” ,“Günəşli” kimi yataqlarda istismar, “Qaradağ” yatağında istismar-basqı quyularının qazılmasında xüsusi rol oynamışdır. İskəndər Şirəli qazma işlərində bir çox innovativ nəzəriyyələrin, metodların müəllifi olaraq yeniliklərə imza atmışdır. Azərbaycanda ilk dəfə olaraq məhz “Kompleks qazma işləri” tresti “Pirallahı” yatağında horizontal üsulla quyunun qazımasını həyata keçirmiş, “Qərbi Abşeron” sahələsində bir neçə horizontal quyu qazılmış, ən müasir qazma qurğuları, quyuiçi avadanlıqlar, yüksək keyfiyyətli qazma baltaları, yeni nəsil karbohidrogen əsaslı qazma məhlulları tətbiq olunmuşdur.
İlyasov A.K., Şirəli İ.