. Love.az

Siro Isii - Wikipedia - Love.az

Ana Səhifə - Siro Isii

Şiro İşii (石井 四郎, İşii Şiro?, 25 iyun 1892[1] – 9 oktyabr 1959[1], Tokio) – Yapon İmperator Ordusunun bioloji döyüş bölməsi olan 731-ci dəstənin direktoru vəzifəsində çalışan yapon mikrobioloqu və ordu tibb zabiti idi. İşii 1937-ci ildən 1945-ci ilə qədər İkinci Çin-Yapon müharibəsi zamanı Çindəki 731-ci dəstə bioloji silahların hazırlanmasına və tətbiqinə, o cümlədən Çinin Çanqde və Ninqbo şəhərlərində bubonik vəba hücumlarına rəhbərlik etmiş və ABŞ-yə qarşı Gecədə Albalı Çiçəkləri əməliyyatını planlaşdırmışdır. İmperator Şoua işinə görə onu xüsusi xidmət medalı ilə təltif edib.

Şiro İşii
yap. 石井 四郎
Şəxsi məlumatlar
Doğum tarixi 25 iyun 1892(1892-06-25)[1]
Vəfat tarixi 9 oktyabr 1959(1959-10-09)[1] (67 yaşında)
Vəfat yeri
  • Tokio, Yaponiya
Vəfat səbəbi qırtlaq xərçəngi[d]
Vətəndaşlığı
  •  Yaponiya
  •  Yaponiya imperiyası
Təhsili
  • Kioto Universiteti
Hərbi fəaliyyəti
Mənsubiyyəti Yaponiya imperiyası
Qoşun növü Yaponiya İmperator ordusu
Xidmət illəri 1921-ci ildən
Rütbəsi general-leytenant
Döyüşlər
  • Çin-yapon müharibəsi,
  • İkinci Dünya müharibəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İşii və onun həmkarları həmçinin insan təcrübələri ilə məşğul olub, nəticədə əksəriyyəti mülki vətəndaşlar və ya hərbi əsir olan 10.000-dən çox subyektin ölümü ilə nəticələnib.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Bibliothèque nationale de France Shirō̄ Ishii // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şiro_İşii&oldid=8061773"
LOVE.AZ