. Love.az

Sisa - Wikipedia - Love.az

Ana Səhifə - Sisa

Şisa (シーサー?) – Ryukyu mədəniyyətində şirə oxşar dekorativ heykəlciklər.[1] Ənənəvi Okinava evlərinin damlarında və girişlərində qoyulur.[1] Müasir Okinava mədəniyyətinin talismanı hesab olunduğu üçün turistlər kiçik versiyalarını suvenir kimi alırlar.[1]

Naha şəhərində şisa.

Mündəricat

  • 1 Tarixi
  • 2 Növləri
  • 3 Xüsusiyyətlər
  • 4 Qalereya
  • 5 İstinadlar

Tarixi

redaktə

Şisanın mənşəyi qədim Çində hazırlanan şir heykəlləri ilə bağlıdır.[1] Şirlər cəsarət və güc simvolu hesab olunduğu üçün hökmdarların gücünü simvolizə edirdi.[1] Ryukyu adalarında şirlər yaşamasa da, Çinlə ticarət əlaqələri sayəsində əhali şir heykəlləri ilə tanış olmuş və şirləri şəri qovan mifik varlıqlar hesab etmişdir.[1] Bu səbəbdən şisalar tam olaraq şirə oxşamırlar, hətta Yaponiyadakı şinto məbədlərində qoyulan şir-it heykəllərinə oxşayırlar.[1]

Okinavanın şimalında və Yaeyama adalarında "şisa" əvəzinə "şişi" sözündən istifadə olunur.[1] Qədim yapon dilində "şişi" sözü şir demək idi.[1] Lakin Çin dilində də "şitsi" sözü şiri bildirdiyi üçün bu sözün Çinin təsiri ilə yarandığı və daha sonra "şisa" sözünə təkamül etdiyi düşünülür.[1]

Növləri

redaktə

Dekorativ şir heykəllərindən istifadə ənənəsi Ryukyu sarayında başlamışdır.[1] Ryukyu hökmdarı Eysonun məzarında daşdan hazırlanmış şir heykəli, 1501-ci ildə tikilmiş Tamaudun mavzoleyində isə üç şir heykəli yerləşir.[1] Hökmdarların məzarları, məbədlər və qəsrlər üçün hazırlanmış bu cür xüsusi şir heykəlləri miyacişi adlanır.[1]

Şisaların ikinci kateqoriyası muracişi adlanır.[1] Bu cür şisalar şəri qovmaq və yanğından qorunmaq üçün kəndlərin girişində qoyulurdu.[1] Ən qədim muracişi Yaese qəsəbəsində yerləşən Tomori yaşayış məntəqəsindədir.[1] Əfsanəyə görə Tomori tez-tez yanğınların baş verdiyi yer idi və kəndlilər bunun səbəbkarı kimi Yaese dağını hesab etmişdirlər.[1] Kəndlilər dağın qarşısında şir heykəli qoymuş və nəticədə, yanğınlar səngimişdir.[1]

Şisaların üçüncü növü ieşişi adlanır.[1] İeşişi ənənəvi evlərin darvazalarında, damlarında və ya girişlərində qoyulur.[1] Onların şəri qovduğuna inanılır.[1] Müasir dövrdə insanların çoxu mənzillərdə yaşadığı üçün evin içində kiçik şisalar qoymaq populyarlaşmışdır.[1]

Xüsusiyyətlər

redaktə

Adətən darvazanın qabağına bir cüt şisa qoyulur: birinin ağzı açıq, digərinin isə qapalı olur.[1] Ağzı açıq olan erkək, ağzı bağlı olan isə dişi kimi qəbul olunur.[1] Onlar birlikdə başlanğıcı və sonu təmsil edirlər.[1] Buna baxmayaraq, şisa tək olaraq da qoyula bilər.[1]

Qalereya

redaktə
  •  
    Tomori şisası.
  •  
    Şuri qəsrində şisa.
  •  
    Miyako adasında şisa.
  •  
    Naha Hava Limanında şisa.
  •  
    Satışda olan şisalar.
  •  
    Okinava Elm və Texnologiya İnstitutunun loqosunda.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 ""Shīsā": Guardian Deities of Okinawa". Nippon.com (ingiliscə). 11 mart 2022. 2022-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2023.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şisa&oldid=6840461"
LOVE.AZ