. Love.az

Sizuki Tadao - Wikipedia - Love.az

Ana Səhifə - Sizuki Tadao

Şizuki Tadao (志筑 忠雄?, 1760[1][2], Naqasaki – 22 avqust 1806, Naqasaki) – Yaponiya astronomu və tərcüməçisi. Yaponiyanı Nyutonun klassik mexanika konsepsiyaları ilə tanış etməsinə görə tanınır. Müasir astronomiyaya və fizikaya həsr olunmuş ilk yaponca kitabın müəllifidir.

Şizuki Tadao
Doğum tarixi 1760[1][2]
Doğum yeri
  • Naqasaki, Naqasaki prefekturası, Yaponiya
Vəfat tarixi 22 avqust 1806(1806-08-22)
Vəfat yeri
  • Naqasaki, Naqasaki prefekturası, Yaponiya
Fəaliyyəti sinxron tərcüməçi[d], müəllif

Mündəricat

  • 1 İlk illəri və karyerası
  • 2 Elmi töhfələri
  • 3 İstinadlar
  • 4 Ədəbiyyat

İlk illəri və karyerası

redaktə

Şizuki Tadao 1760-cı ildə Yaponiyanın Naqasaki şəhərində yaşayan Nakano ailəsində doğulmuşdur.[3] Lakin daha sonra Şizuki ailəsinə səkkizinci nəslin oğlu kimi qəbul edilmişdir.[3] Bu ailə holland və yapon dili mənbələri ilə məşğul olan peşəkar tərcüməçilərdən idi.[3]

Şizuki 1776-cı ildə tərcüməçi kimi işləməyə başlamışdır.[3] Lakin 1777-ci ildə səhhətindəki problemlərə görə rəsmi vəzifəsini tərk etmiş və öz tərcümələri üzərində işləməyə başlamışdır.[3] Nakano soyadını bərpa edərək Ryuen Nakano təxəllüsü ilə yazmağa qərar vermişdir.[3] Daha sonra Nikolay Kopernikin heliosentrik sisteminin izahlarını və digər astronomiya əsərlərini tərcümə edən Motoki Ryoeyin tələbəsi olmuşdur.[3]

Elmi töhfələri

redaktə

Şizuki Naqasaki limanında əldə etdiyi elmi materiallar üçün şərhlər yazmış və Yaponiyanı Nyutonun klassik mexanika konsepsiyaları ilə tanış etmişdir.[3] O, həyatının 20 ilini sahəyə üçün həsr etmiş, həyatının qalan hissəsini isə bənzər materialların və holland dili haqqında linqvistik tədqiqatların tərcüməsi ilə keçirmişdir.[3] 1795-ci ildə "Roşiaşi Fuqi" (azərb. "Rusiya tarixinin appendiksi"‎) adlı əsəri nəşr olunmuşdur.[4]

Şizuki İsaak Nyutonun "Natural fəlsəfənin riyazi əsasları" əsərinin Con Keyll tərəfindən holland dilində yazılmış şərhlərini tərcümədə etmək üçün 20 il sərf etmişdir.[5] Əsər 1798, 1800 və 1802-ci illərdə "Rekişo Şinşo" (azərb. "Təqvim hadisələri haqqında yeni traktat"‎) adı ilə 3 cild şəklində nəşr olunmuşdur.[5] Bu əsər müasir astronomiyaya və fizikaya həsr olunmuş ilk yaponca kitabdır.[6] Qravitasiya və mərkəzdənqaçma qüvvəsi kimi Nyuton konsepsiyaları üçün yaratdığı yaponca terminlər hələ də istifadə olunmağa davam edir.[3] Bu əsərdə Günəş sisteminin yaranması ilə bağlı nebulyar hipotezdən bəhs etmişdir.[4] Onun hipotezi Pyer Simon Laplasın və İmmanuel Kantın hipotezləri ilə oxşarlıq təşkil edir.[3]

Şizuki klassik Çin təlimlərinə sadiq qalsa da, şərhləri orijinallığını qorumuşdur.[3] Kosmoloji prinsiplərlə işləməyə başlamış və fundamental mexanika qanunlarına yönəlmişdir.[3] O, İohann Keplerin planetlərin hərəkəti haqqında üçüncü qanununu dəqiq şəkildə şərh etmişdir.[3]

İstinadlar

redaktə
  1. ↑ 1 2 Tadao Shizuki // Biografisch Portaal. 2009.
  2. ↑ 1 2 Tadao Shitsuki // CERL Thesaurus (ing.). Consortium of European Research Libraries.
  3. ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Biographical Encyclopedia of Astronomers
  4. ↑ 1 2 The Japan Biographical Encyclopedia & Who's Who
  5. ↑ 1 2 Nakayama
  6. ↑ Kodansha Encyclopedia of Japan

Ədəbiyyat

redaktə
  • Biographical Encyclopedia of Astronomers (ingiliscə). Springer. 2007. səh. 1056. ISBN 9780387304007. İstifadə tarixi: 20 sentyabr 2022.
  • The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 1440. İstifadə tarixi: 20 sentyabr 2022.
  • Nakayama, Shigeru. A History Japanese Astronomy: Chinese Background and Western Impact. Harvard University Press. 1969. səh. 181. İstifadə tarixi: 20 sentyabr 2022.
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 153. ISBN 0-87011-627-4. İstifadə tarixi: 20 sentyabr 2022.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şizuki_Tadao&oldid=6647631"
LOVE.AZ